Moskva Dövlət Universitetinin Bakı Filialında “Açıq qapı” günü keçirilib
Noyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında 2023-2024-cü tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 700-dən çox şagird qatılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri açan Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

Professor Yuri Sadovniçi bildirib ki, bugünkü görüş pandemiyadan sonra əyani formatda keçirilən ilk “Açıq qapı” günüdür. Pandemiya dövründə MDU-nun Bakı Filialı dərhal onlayn tədrisə keçdi və beləliklə, tədrisdə fasilə olmadı. Bu il təhsil əyani formatda həyata keçirilir. Gələn il epidemioloji şəraitdən asılı olaraq tədris tam şəkildə əyani aparılacaq.

MDU-nun Bakı Filialının tarixi haqqında məlumat verən Yuri Sadovniçi xatırladıb ki, əgər 2008-ci ildə Filial üç fakültə - Tətbiqi riyaziyyat, Kimya və Filologiya fakültələri ilə fəaliyyətə başlamışdısa, sonralar Psixologiya, İqtisadiyyat və Fizika fakültələri də açılıb. Filialın bütün fakültələri üzrə magistratura təhsili almaq mümkündür. Ali təhsil müəssisəsinin bu və digər uğurları MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür.

2012-ci ildən etibarən Filialda tədris Xocasəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Məzunlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.

Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi, Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, qəbulla bağlı bütün məlumatları Bakı Filialının http://msu.az/ saytından öyrənmək mümkündür.

Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün bakalavr səviyyəsində təhsil pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına ali təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən (I-IV) ixtisas qrupu üzrə DİM-in qəbul imtahanında azı 150 bal toplamaq tələb olunur.

Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir neçə tədris proqramı varsa, bütün istiqamətlər üzrə ərizə vermək mümkündür, eyni zamanda, prioriteti göstərmək lazımdır. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında (http://dim.gov.az/) doldurula bilər. Sualı olanlar info@msu.az ünvanına yaza bilərlər.

MDU-nun Bakı Filialının magistraturasına da qəbul olmaq üçün əvvəlcə DİM tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman DİM-in keçirdiyi magistraturaya qəbul imtahanında azı 40 bal toplamaq tələb olunur. Azərbaycan Respublikasında büdcə hesabına magistratura təhsili almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün magistratura təhsili pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına magistratura təhsili almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

“Açıq qapı” günündə M.V.Lomonosov adına MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Qriqori Çeçkin, Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Yuri Kokşarov, Kimya fakültəsinin Kimya texnologiyaları və yeni materiallar kafedrasının professoru, kimya elmləri doktoru Boqdan Lazoryak, İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri namizədi, MDU-nun Bakı Filialının iqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov, MDU-nun Bakı Filialının psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul şəxs Leonid Babanin, Filologiya fakültəsinin Rus dili kafedrasının dosenti Valeriya Baqryantseva çıxış ediblər.

Diqqətə çatdırılıb ki, Bakı Filialının Kimya və Fizika fakültələrinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib. Tələbələr nəzəriyyə ilə yanaşı, təcrübi biliklərə ən yüksək səviyyədə nail olurlar. Fakültələrdə oxumaq çətin olsa da, məzunların iş tapmaqda problemləri olmur. Filialın elmi-tədqiqat işi müasir elektron kitabxananın bazası, habelə ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş 21 laboratoriya və linqafon kabinet əsasında aparılır.

“Açıq qapı” günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra onlara xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı Filialının kampusuna getmək imkanı yaradılıb.

Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.
Moskva Dövlət Universitetinin Bakı Filialında “Açıq qapı” günü keçirilib
Moskva Dövlət Universitetinin Bakı Filialında “Açıq qapı” günü keçirilib
Moskva Dövlət Universitetinin Bakı Filialında “Açıq qapı” günü keçirilib

Son xəbərlər

“Meri Poppins” nağılının sehrli səhnə həyatı – Bakıda premyera - FOTO

Tramp ABŞ-ın İrandan yeni təklif aldığını bildirib

LİLPAR CƏMŞİDQIZI : Kamilliyin yolun tapan insan çatar yüzə - FOTO

Ziyalılığın ünvanı və sədaqətin simvolu: Arzuman Qarayev ömrünün mənalı yolunda - FOTOLAR

"Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub

Atəşkəsə baxmayaraq, hücum əmri verdi

"Nilay"ın 9 milyonluq "Porsche"si - FOTO

Zaur Kamal efirə qayıdır

Üzeyir Hacıbəyli irsi elmi-praktiki konfransda müzakirə olundu - FOTOLAR

Tatlısesin qızının paylaşımı müzakirə yaratdı

Maykl Ceksonun “ikinci ailəsi”ndən şok ittiham - “Bizi əsgər kimi yetişdirmişdi”

İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

Cəmi 4 tarix: bu günlərdə dahilər doğulur

Yoxsullarla varlıları ayıran 5 vərdiş

Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Xalq artisti Həmidə Ömərovanın doğum günüdür

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”

Rusiya Dnepri vurdu - Ölən və yaralananlar var

Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb

Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır

İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var YENİLƏNİB

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930