İntihar edən tələbənin atası - “Oğlumu öldürüblər”
Ötən ay Bakıda kirayə yaşadığı mənzildə intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədlinin atası Şahin Səmədli oğlunun qəsdən öldürüldüyünü iddia edib.

Turaztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masallıda yaşayan və bu rayonda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Şahin Səmədli övladının ölümündə müəmmalı məqamların olduğunu deyib. O, sosial şəbəkə səhifəsində hadisə barədə yazıb: “Oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu, Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı.
Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb. Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçmişdi, ikincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün ASAN Xidmətə müraciət etmişdi. 4 gündən sonra əmisi oğlunun toyunda iştirak etmək üçün rayona gəlməyə hazırlaşırdı. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etdi?”

Şahin Səmədli məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. O, hələ də cinayət işi açılmadığını bildirərək Nizami Rayon Prokurorluğuna qarşı ittihamlar səsləndirib.

Xatırladaq ki, Şəhriyar Səmədlinin oktyabrın 7-nə keçən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asdığı haqda məlumat yayılmışdı. Onun meyiti saat 01 radələrində aşkar edilib. 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Atanın iddiaları ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlamışıq.
İntihar edən tələbənin atası - “Oğlumu öldürüblər”
İntihar edən tələbənin atası - “Oğlumu öldürüblər”

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930