Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Bakıda Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın təşkilatçılarından olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ABŞ-ın Yuta ştatından gələn nümayəndə heyəti ilə görüşdə beynəlxalq konfransın məhsuldar keçdiyini bildirən QMİ sədri amerikalı qonaqlara tədbirdə iştiraklarına və 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduqlarına görə minnətdarlığını ifadə edib.

Azərbaycanda multikulturalizmin bütün sahələrdə inkişaf etdiyini vurğulayan şeyxülislam deyib: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq və multikulturalizm siyasəti bu gün Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası Dialoq Forumu dünyada insan həmrəyliyinə xidmət edir”.

QMİ sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində dünyaya səsimizi birgə ucaltdıq. Bu, Azərbaycan multikulturalizminin növbəti təzahürü oldu. Dünyada baş verən fəlakətlər, qlobal böhranlar, müharibələr hamımızı narahat edir.

Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə məlumat verən şeyxülislam Allahşükür Paşazadə deyib ki, erməni lobbisinin təsiri ilə qəbul olunan sənəd rəsmi Parisin ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdiyi qərəzli siyasətin, böhtan və qarayaxma kampaniyasının tərkib hissəsidir. O, belə halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiya verilməsinin vacibliyini vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların dövlətin qayğısı ilə əhatə olunduğunu da diqqətə çatdırıb.

Sonda hədiyyələrin qarşılıqlı təqdimatı olub.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rou, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə konfransda iştiraklarına görə elm və ictimai xadimlərə təşəkkürünü bildirib.

Azərbaycanın multikultural ənənələrindən danışan QMİ sədri ölkəmizin multikultural ənənələr diyarı, dünyaya özünün tolerant həyat modelini təqdim edən qabaqcıl dövlət olduğunu qonaqların diqqətinə çatdırıb. Şeyxülislam qeyd edib ki, tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir.

“Din xadimləri olaraq bu prosesə öz töhfəmizi veririk. Alternativi olmayan dinc birgəyaşayış, sülh, əmin-amanlıq, tərəqqi formulu olan multikultural həyat tərzimizlə fəxarət duyuruq və bunu bütün dünyaya təqdim etmək fürsətindən məmnunuq. Əminəm ki, “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda keçirilən bugünkü beynəlxalq konfrans dünyada sülh və qarşılıqlı anlaşma mühitinin təmin olunması işinə öz layiqli töhfəsini verəcək”, - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.

ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rou və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxışlarında Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda beynəlxalq konfransın məhsuldar olduğunu və uğurla keçdiyini diqqətə çatdırıblar.

Qəbuldan sonra qonaqların şərəfinə ziyafət verilib.

Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və ABŞ-ın Stirlinq Fondudur.
Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb
Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb
Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb
Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb
Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb

Son xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31