Xəbərlər
24.10.2022, 22:58
Beydulla Gəraylı - Yazdım.
Heç susmadım,yorulmadım,
Nələr gördüm ondan yazdım.
Hər ürəkdə bir dağ gördüm,
Ürəklərdə qaldım,yazdım.
Bəyənmədim kal sözləri,
Susub duran lal sözləri.
Bir xoş xəbər,bal sözləri,
Dodaqlardan aldım,yazdım.
Olmasada şan-şöhrətim,
El içində var hörmətim.
Şad günündə bu millətin,
Xoş nəğmələr çaldım,yazdım.
Gəraylıyam,kəl dözümdə,
Sınanmışam,ləl sözümdə.
Neçə arzu,kam gözümdə,
Xəyallara daldım,yazdım.
B.Gəraylı..24.10.2022..
Şamaxı
Nələr gördüm ondan yazdım.
Hər ürəkdə bir dağ gördüm,
Ürəklərdə qaldım,yazdım.
Bəyənmədim kal sözləri,
Susub duran lal sözləri.
Bir xoş xəbər,bal sözləri,
Dodaqlardan aldım,yazdım.
Olmasada şan-şöhrətim,
El içində var hörmətim.
Şad günündə bu millətin,
Xoş nəğmələr çaldım,yazdım.
Gəraylıyam,kəl dözümdə,
Sınanmışam,ləl sözümdə.
Neçə arzu,kam gözümdə,
Xəyallara daldım,yazdım.
B.Gəraylı..24.10.2022..
Şamaxı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














