
Xəbərlər
29.06.2022, 00:47
QALMIŞAM - Beydulla GƏRAYLI
Qalmışam.
Uçdu getdi cavanlığım əlimdən,
Arxasınca baxa-baxa qalmışam.
Vəfasizmış, ömür gedir çaparaq
Ətəyindən sıxa-sıxa qalmışam.
Şux gözəllər görünməyirlər gözə
Neçələri bənd olardı bir sözə.
Utanıram,gəlməyirəm üz-üzə
Şux qaməti yıxa-yıxa qalmışam.
Uçub,gedib,huşum başda qalmayıb,
Üz döndərib,dost-tanış da qalmayıb.
Deməsinlər,çaxmaqdaş da qalmayıb,
Şimşək kimi,çaxa-çaxa qalmışam.
Ümüdlərim,Tanrının əlindədir
Çəkdiklərim,görünmür dərindədir.
Gəraylıyam,xislətim yerindədir,
Əvvəlkiyəm,yuxa-yuxa qalmışam.
B.Gəraylı..28.06.2022..Şamaxı-Bakı.
Uçdu getdi cavanlığım əlimdən,
Arxasınca baxa-baxa qalmışam.
Vəfasizmış, ömür gedir çaparaq
Ətəyindən sıxa-sıxa qalmışam.
Şux gözəllər görünməyirlər gözə
Neçələri bənd olardı bir sözə.
Utanıram,gəlməyirəm üz-üzə
Şux qaməti yıxa-yıxa qalmışam.
Uçub,gedib,huşum başda qalmayıb,
Üz döndərib,dost-tanış da qalmayıb.
Deməsinlər,çaxmaqdaş da qalmayıb,
Şimşək kimi,çaxa-çaxa qalmışam.
Ümüdlərim,Tanrının əlindədir
Çəkdiklərim,görünmür dərindədir.
Gəraylıyam,xislətim yerindədir,
Əvvəlkiyəm,yuxa-yuxa qalmışam.
B.Gəraylı..28.06.2022..Şamaxı-Bakı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













