İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda səyyahlar səfər barədə təəssüratlarını bölüşərək jurnalistlərin suallarını cavablandırıblar.

"MTP" klubunun rəhbəri Çarlz Billi bildirib ki, işğaldan azad olunmuş ərazilərə səfər etmək onlar üçün xoş oldu. Qeyd edib ki, yerli əhalinin hələ də bu ərazilərə rahat şəkildə səyahət edə bilməməsi və 30 il ərzində gedə bilməməsi məyusedici haldır. "Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə böyük işlər görür - yollar çəkilir, hava limanları tikilir, yenidənqurma işləri həyata keçirilir", - deyə o qeyd edib.

Finlandiyalı səyyah Kari Matti Valtari Qarabağ bölgəsinin çox gözəl mənzərəsi olduğunu söyləyib. O bildirib ki, ölkəmizin, ümumiyyətlə, gözəl təbiəti var.

K.Matti işğaldan azad olunan ərazilərdə mina probleminin olduğunu qeyd edib. O, səfər zamanı minatəmizləmə əməliyyatlarını da izlədiklərini bildirərək bu ərazilərin qısa müddət ərzində minalardan təmizlənəcəyinə, insanların bu səfalı yerlərə rahat ziyarət edə biləcəyinə və onlar üçün hər bir şəraitin yaradılacağına inandığını qeyd edib.

Göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkür edən əslən Belçikadan olan səyyah İvi Bve deyib ki, o, ekstremal turizmlə məşğul olur. O, işğaldan azad olunan ərazilərin turizm potensialının böyük olduğunu, lakin hazırda bu ərazilərə səyahət etməyin təhlükəli olduğunu diqqətə çatdırıb. “Ərazi minalardan tam təmizləndikdən sonra turistlər buraya rahat səfər edə biləcəklər. Biz gördüklərimizi daha geniş auditoriyaya çatdıracağıq. Azərbaycan buradakı həqiqətləri dünyaya qərəzsiz çatdırmağa çalışır. Biz bir daha buna əmin olduq”, - deyə səyyah vurğulayıb.

Amerikalı səyyah Miriam Stivens bildirib ki, bu, onun ölkəmizə ilk səfəridir. Qeyd edib ki, Azərbaycan böyük mədəni irsə malikdir. “Qarabağ insanların qədim yaşayış məskənlərindən biridir. Azıx mağarasında oldum. Bu yerlərdə turizm üçün böyük potensial var”, - deyə amerikalı səyyah əlavə edib.

Norveçli səyyah Yorn Auqstad səfərin çox maraqlı keçdiyini bildirib. Səyyah Qarabağın çox gözəl təbiətinin olduğunu söyləyib: “Qarabağ barədə təəssüratlarımı bir sözlə ifadə etmək çox çətindir. Ancaq demək olar ki, orada baş vermiş dağıntıları və həyata keçirilən yenidənqurma işlərini görmək insana müxtəlif hisslər yaşadır”.

Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Villinin rəhbərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin səfəri yekunlaşıb. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Səyyahlar səfər çərçivəsində Şuşa, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri və azad edilən ərazilərdə tikinti quruculuq işləri ilə tanış olublar. Həmçinin onlar Ağalı kəndinə və tarixi abidə olan Xudafərin körpüsünə səyahət ediblər.

Bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edib.
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib

Son xəbərlər

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930