Anastasiya Lavrina: Zəngəzur dəhlizi Xəzərin mövcud nəqliyyat şəbəkəsini möhkəmləndirəcək
Zəngəzur dəhlizi Xəzərin mövcud nəqliyyat şəbəkəsini möhkəmlətməyə və region, eləcə də bütün Xəzəryanı ölkələrin neft və neft məhsullarının daşınması üçün əlavə imkanların açılmasına yönəldilib. Azərbaycanın Qarabağ regionunun logistika potensialından istifadə olunmaqla yeni layihələrin inkişafı, şübhəsiz, dəniz daşımalarına alternativ olan yeni güclü liman terminallarının yaradılması ilə nəticələnəcək.

Müvafiq olaraq, bütün bu prosesləri işıqlandırmaq və KİV vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq çox mühümdür. Xəzəryanı dövlətlərin işgüzar jurnalistikası sahəsində informasiya mübadiləsi üçün platformanın yaradılmasına ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Həştərxanda keçirilən Mediaforumda Azərbaycanın rus icması sədrinin müavini, jurnalist və politoloq Anastasiya Lavrina “İşgüzar jurnalistika və biznes-kommunikasiyalar” mövzusunda çıxış edərkən bildirib.

O, Azərbaycanda işgüzar jurnalistikanın inkişafına olan böyük maraq haqqında danışaraq vurğulayıb ki, işgüzar xarakterli informasiya ilə işləyən, regionda və onun hüdudlarından kənarda iqtisadi tərəqqidən danışan media və jurnalistlərin sayı durmadan artır.

Azərbaycanın bir çox ölkənin mühüm iqtisadi və enerji tərəfdaşı olduğunu vurğulayan A.Lavrina regionda baş verən cari hadisələr barədə geniş auditoriyanın məlumatlandırılmasının mühümlüyünə diqqət çəkib: “2020-ci ilin payızında, Vətən müharibəsi nəticəsində Qarabağ münaqişəsi nizamlanıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Azərbaycan regionda yeni geosiyasi və iqtisadi gündəliyin qurulmasına başlayıb. Bütün bunlarla yanaşı, nəqliyyat-logistika infrastrukturunun inkişaf prosesi və Zəngəzur dəhlizinin işə salınması fəal şəkildə müzakirə olunur. Azərbaycanın təklif etdiyi yeni layihələr bütün ölkələrin marağındadır. Bu barədə Xəzəryanı respublikaların başçıları da dəfələrlə bəyan ediblər”.

Azərbaycanın mühüm strateji beynəlxalq logistika mərkəzi kimi rolunu vurğulayan A.Lavrina deyib: “Bu mərhələdə Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə tərəfdaşlarla fəal əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan həm məsafə, həm də zaman baxımından Çin və Avropa arasında ən qısa bağlayıcı halqa hesab olunan “Şərq-Qərb” Transxəzər dəhlizinin inkişafı üzərində tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir. Zəngəzur dəhlizi “Şimal-Cənub” layihəsinin qərb istiqamətində mükəmməl dəmir yolu xətlərinin işə salınması üçün real perspektivlər açır”.

Azərbaycanlı jurnalist çıxışının sonunda Xəzəryanı dövlətlərin işgüzar jurnalistikası sahəsində informasiya mübadiləsi üçün platformanın yaradılmasını təklif edib.

Son xəbərlər

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930