Əhaliyə ŞAD XƏBƏR - tramvay və trolleybuslar bərpa olunur
Bir zamanlar Bakının küçələrində qırmızı tramvaylar, sarı trolleybuslar insanları Bakıətrafı qəsəbələrə, Abşeron bağlarına çatdırırdı. Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, avtomobilləşmə Bakıda da tramvayı sıxışdırmağa başladı. Tramvayların çox yer tutması, ləng hərəkəti, avtomobillərə mane olması səbəbindən onu tamamilə yox etmək qərara alındı.

Zaman-zaman həmin nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi gündəmə gəlir. Əksəriyyət isə, bunun tərəfdarıdır.

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Primetime.az-a danışarkən deyib ki, ictimai nəqliyyat üçün önəmli məsələ həm də sərnişinləri müxtəlif növ ictimai nəqliyyat vasitələri ilə daşımaqdır:

"Fərz edək, hansısa şəhər daxilində bütün sərnişinlərin bir nəqliyyat növü ilə daşınması həyata keçirilir - məsələn, avtobuslarla yaxud metrolarla – onda həmin ictimai nəqliyyat sektorunun kollapsı baş verə bilər. Yəni çox böyük problemlərə yol açmış olar. Ona görə də dünyada qəbul olunmuş praktikadır ki, sərnişinlər müxtəlif növ nəqliyyat vasitələri ilə daşınmalıdır. Bu təbii ki, ilk növbədə avtobus, metropoliten, sürət qatarlarıdır, o cümlədən trolleybus, tramvaylar. Məhz bu səbəbdən 2018-ci il, dekabrın 27-sində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olundu. Həmin sənədin 7.1.12. – ci bəndində "Daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi” qeyd edilib. O bəndin bir hissəsi bilavasitə tramvaylara həsr olunub. Belə ki, orda "Mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması” 2019-2022-ci illəri əhatə edir. Bu o deməkdir ki, ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması üçün konkret hədəflər müəyyən olunub. Bu növ nəqliyyat vasitələri ilə bağlı müəyyən qiymətləndirilmələr aparılmalı, onların həyata keçirilməsinin iqtisadi səmərəliliyi müəyyən edilməli və konkret təkliflər irəli sürülməlidir. O cümlədən də tramvaylarla bağlı. Müvafiq qaydada bu məsələlərə cavabdeh olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraçı tərəfdir. Eynilə digər qurumlar da bu prosesə cəlb olunur. Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraçı tərəf kimi bununla bağlı müvafiq qaydada qiymətləndirmə aparmalı və konkret təkliflər ortaya qoymalıdır”.


A.Allahverənov qeyd edib ki, tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat növü sayılır:

"Bilirsiniz, ətraf mühitin mühafizəsi bir çox dövlətlər, iri şəhərlər, meqapolislər üçün başağrısına çevrilən problemdir, kifayət qədər aktualdır. Tramvaylar isə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi hesab olunduğu üçün istənilən şəhər üçün çox əlverişli nəqliyyat vasitəsidir. İkinci tərəfdən, tramvay elektrik cərəyanı ilə işlədiyi halda iqtisadi cəhətdən səmərəli hesab olunur. Bu həm də digərləri ilə müqayisədə nisbətən ucuz nəqliyyat vasitəsidir. Üçüncü bir element – tramvaylar kifayət qədər təhlükəsiz nəqliyyat vasitəsi hesab oluna bilər. Dünyada yol-nəqliyyat hadisələri, qəzalarla bağlı statistikaya baxsaq, orda tramvayların iştirakı ilə baş verən qəzaların sayı heç bir faiz deyil. Demək olar ki, bu cür qəzalar baş vermir, olsa belə, digər nəqliyyat vasitələrindən fərqli tramvayda daşınan insanlar hər hansı xəsarət almır. Çünki tramvayın sürəti nisbətən aşağı olur. Dördüncü element isə tıxaclarda qalmamaq imkanıdır. Tramvaylar adətən onlar üçün ayrılmış yollarda zolaqlar üzrə hərəkət edirlər. Əksər ölkələrdə tramvay zolağı avtomobil yollarından xüsusi maneələrlə ayrılır. Pik saatlarda bir ünvanda tıxacda qalan sərnişinlər tramvaydakı sərnişinlərlə müqayisədə daha çox vaxt itirmiş olurlar. Yəni tramvayın bir çox üstünlüklərini saymaq mümkündür”.

Ekspert bildirib ki, tramvayların bərpası üçün şəhərin infrastrukturu da nəzərdən keçirilməlidir:

"Tramvayların salınması mümkün olan yerlər müəyyən olunmalıdır. Hər yolda da tramvay çəkilməməlidir, çünki yolumuzun belə imkanları yoxdur. Vaxtilə tramvaylar bir neçə istiqamətdə var idi. Məsələn, 3-cü mikrorayon dairəsi, keçmiş Çapayev küçəsi, Qara Qarayev prospekti və s. – yəni tramvaylar kifayət qədər böyük nəqliyyat şəbəkəsinə malik idi. Əgər yenə də tramvayların tətbiqinə dair müsbət fikirlər səsləndirilsə, düşünürəm ki, çox zolaqlı yollarda həmin tramvayları yenidən çəkmək imkanlarımız var. Bu da yol infrastruktrunun imkanlarına uyğun olaraq müəyyən olunmalıdır. Dar, az zolaqlı yollarda tramvay çəkmək mümkün deyil. Bu gün məsələn, Təbriz küçəsində tramvayın çəkilməsi əlverişli olmaya bilər. Amma Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti və bir çox yerlərdə tramvaylar salına bilər. Eyni zamanda tramvay xətlərinin bir-birilə əlaqədə olması və vahid şəbəkə formasında fəaliyyət göstərməsi vacibdir. Belə olduğu halda müsbət nəticələr əldə etmək mümkündür”.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə saytımıza açıqlamasında bildirib ki, tramvay və trolleybuslar bərpa olunacaq: "Lakin detallar bəlli olmadığı üçün indidən danışmaq tezdir”.

Son xəbərlər

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31