Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
İyunun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova TBMM sədrini salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Madriddə təsis olunmuş Parlament Şəbəkəsinin bu gün Bakı konfransı keçirilir. Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilib. Müasir dünyada parlament diplomatiyasının rolunun günü-gündən artdığı bir vaxtda bu mövzu çox aktualdır.

Milli Məclisin sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Konfransındakı çıxışı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının qlobal səviyyədə gedən proseslərdə rolu barədə dəyərli fikirləri Qoşulmama Hərəkatının fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu cür tədbirlər Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin yeni bir təzahürüdür. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi bu birliyin ən parlaq nümunəsidir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ay – iyunun 15-də biz “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etdik. Dövlət başçılarımızın qətiyyəti və iradəsi sayəsində Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəsinə çatıb. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyənləşdirir.

Səmimi sözlərə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Milli Məclisin sədrinin iştirakı ilə Madriddə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan Prezidentinin Bakı konfransındakı çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib.

Qonaq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını ifadə edib, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini bildirib. O, Türkiyənin həmişə qardaş Azərbaycanın təşəbbüslərini dəstəklədiyini və onun yanında olduğunu diqqətə çatdırıb. Bildirib ki, Parlament Şəbəkəsinin Bakı konfransı xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin bir araya gəlməsi və mühüm məsələləri müzakirə etməsi baxımından çox önəmlidir.

Söhbət zamanı Mustafa Şentop dünyada analoqu olmayan Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Hindistanda qadın 5 ayda 3 dəfə evləndi

DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib

Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi

Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz

Bakıda küçənin ortasında kişini ürəyindən bıçaqlayıb öldürdülər

Polşa Ukrayna ilə bağlı şərt qoydu

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU) HİYLƏGƏR İNSAN TANINACAQ (Satirik qələmlə)

ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” - Zelenski

Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

Alimlər zədələnmiş ürəyi bərpa etməyin yeni yolunu tapıblar

Dünyanın ən yaxşı səhiyyəsi olan ölkələri - Onlar hansılardır?

Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb

"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi

“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu

35 yaşlı aktrisanın ölümünə meymun dişləməsi səbəb olub?

Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930