
Xəbərlər
14.06.2022, 09:37
Kəlbəcərdə əsgərimiz faciəli şəkildə vəfat etdi

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.
Turaztv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





