77-in mübarək olsun, gözəl insan
Həmişə olduğu kimi, bu il də iyunun 11-ini səbirsizliklə gözləyirik. Həmin gün başqalarından fərqli olaraq biz həm də Akif Rzayevin ad gününü qeyd edirik. Ağsaqqal dostumuz Akif Rzayev jurnalistikanın sirlərini öyrətdiyi bəzi həmkarlarını, dostlarını başına yığır, yaddaqalan xatirələrini danışır, keçmiş günlərə səyahət edir, qəzetdə gedən yazılarımıza münasibətini bildirir, tövsiyələrini verirdi. Adət etdiyi bu məsləhətlər bu gün də davam edir, özündən kiçik yaşlılarla belə yeri gələndə razılaşır.
Bu yazını qələmə alanda onu tanıdığım ilk günləri, tanışlığımızın bəzi məqamlarını gözlərim önünə gətirirəm. Zahirən də, daxilən mehriban, qayğıkeş, işinə məsuliyyətli bir jurnalist olduğunu bir daha təsdiqləyirəm.
Yazar dostları Cəmil Zəbhullaoğlu, Elxas Comərd, Rahib Kərimli,İlqar Rəhimov, Rafael Qasımov, hamımızın ümumi dostu, gözəl müəllim Qəzənfər Hüseynov və başqaları ilə səmimi ünsiyyətini görmüşəm. İş elə gətirib ki, bu dostlarla ara-sıra görüşürük. Ən çox dab u görüşlərdə Akif müəllim xüsusi fəallıq göstərir, ağsaqqal kimi təşkilatçılıq missiyasını həyata keçirir. Akif müəllimə məxsus bu keyfiyyətləri onunla birgə təmasda olduğumuz dövrlərdə, demək olar ki, hər saat, hər gün görürəm.
O, ömrünün yarıdan çoxunu mətbuatda keçirib. Bundan qabaq isə pedaqoji sahədə fəaliyyət göstərib. Qələm dostumuzun çalışdığı bu illəri dəqiq xatırlamaqda məqsədim bir məqamı xüsusi vurğulamaqdır. Harada çalışmsından asılı olayaraq, bu illərdə Akif Rzayev hər kəsə nəsib olmayan bir ömür yaşayıb. Ona görə də Akif Rzayevin ömür yolu, pedaqoji və mətbuat fəaliyyəti bugünkü gənclik üçün bir məktəbdir, örnəkdir. Bir-birindən fərqli janrlarda A.Rzayevin jurnalist istedadı özünü bütün dolğunluğu ilə göstərir.
Onun haqqında danışarkən redaktor kimi fəaliyyətindən yan keçmək olmaz. Bu barədə bir neçə kəlmə deməklə yuxarıdakı sualın cavabını bir qədər genişləndirmək istəyirəm. Onun redaktorluğu dövründə mən başqa qəzetlərdə çalışmışam. Hərdən mənim də yolum “Vətən bayrağı” redaksiyasına düşürdü. Onu da əlavə etmək istəyirəm ki, Akif Rzayevin baş redaktor otağının qapısı hamının üzünə açıq olurdu. Xüsusilə də qələm sahiblərinin və gənclərin üzünə. Dəfələrlə otağında olmuşam, söhbətlərini dinləmişəm, tövsiyələrini eşitmişəm. Qəzetə, mətbuata belə ürəkdən bağlanan insanla söhbətlərdən zövq almışam. Hansı mövzuda yazmaq və necə yazmaq barədə qarşılıqlı məsləhətləşmələrimiz olub, bu söhbətlərimiz bir-birimizin əlindən tutub.
Hər il mətbuat bayramı ərəfəsində biz dostlar Akif müəllimlə geniş tərkibdə gözəl məkanda görüşürük. Bu günlərdə yenə də onun ömür nərdivanının 77-ci pilləsini qeyd etməyə taoplaşacağıq. Bir neçə gün əvvəl bizim başımızı çay süfrəsi arxasında oturmaqla aldatdı, amma söz verdi ki, yaxın vaxtlarda dostları başına yığaqcaq.
mətbuat günü münasibətilə onu təbrik etdik.
Onunla olan söhbətlərimi xatırlayıram bu yazını qələmə alanda. Dediklərində bir səmimiyyət var idi. Bildirirdi ki, ömrünün mənasını mətbuatda tapıb. Uzun müddət qələmlə yol yoldaşlığı edib. O qələmə, qələm də ona sadiq olub. Həyatda qazandığı nə varsa, bunun üçün mətbuata borcludur.
Onu da qeyd edir ki, həyatımızın bütün sahələri kimi, mətbuat da daim qayğı istəyir. Bir mətbuat işçisi kimi sevinir ki, bu qayğı bu gün yetərincədir. Bu da mətbuatda uğurlar qazanılmasına şərait yaradıb. Mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların əməkhaqlarının artırılması, azad sözə geniş meydan verilməsi, jurnalistlərin fəaliyyətinin qiymətləndirilməsi, onlara pulsuz evlərin verilməsi mətbuatın inkişafını şərtləndirən amillərdir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə şəraitdə heç bir mətbuat işçisinin zəif işləməyə haqqı yoxdur.
Təcrübəli jurnalist kimi tanıdığımız A.Rzayev hər zaman haqq tərəfdarı olub, övladlarını da bu ruhda böyüdüb. Onun fikrincə, jurnalistin yaradıcılığı, düşünmə bacarığı, araşdırma qabiliyyəti olmalıdır. Bu sənətdə təkrarçılığa yol vermək olmaz. “Bu elə bir peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, bir işə yaramayacaq. Jurnalistin hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək”, - deyir Akif müəllim.
Akif Rzayev üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir. Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də onun üçün budur…
“Vətən bayrağı” qəzetinin təsisçisi və baş redaktoru, gözəl insan Akif Rzayevi doğum günü münasibətlə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. Iki yeddiniz mübarək olsun, ay gülüzlü, nurlu insan!

Dostlar adından
Cəmil ZƏBHULLAOĞLU, Rahib KƏRİMLİ və Daşdəmir ƏJDƏROĞLU

77-in mübarək olsun, gözəl insan

77-in mübarək olsun, gözəl insan
77-in mübarək olsun, gözəl insan
77-in mübarək olsun, gözəl insan
77-in mübarək olsun, gözəl insan
77-in mübarək olsun, gözəl insan

77-in mübarək olsun, gözəl insan

Son xəbərlər

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31