Azərbaycan bu il dördüncü sənaye inqilabının nəticələrini tədqiq etmək niyyətindədir
Cari ilin 1 iyun tarixində Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə start verilib. İyun ayının 4-dək davam edəcək, 30 ölkədən 249 şirkətin iştirak etdiyi sərgidə Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumunu birləşdirib.
Qeyd edək ki, “Xəzər Neft və Qaz” sərgilərinin keçirilməsi təşəbbüsü Ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. Bununlada “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub və burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Hər il Ölkə başçısı cənab İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir.

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın müasir dünyada enerji sahəsində Azərbaycanın rolunun artdığını xüsusi vurğulayaraq qeyd etmişdir: “Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi”.
Hazırki dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi indi daha əhəmiyyətlidir və bu səbəbdən Xəzər regionu ilə əməkdaşlıq Avropa üçün mühüm məsələdir. Ölkə başçısı çıxışında qeyd etmişdir ki: “Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri özündə birləşdirən mürəkkəb bir layihədir. Dəhlizin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişəcəkdir. Dövlət başçısı çıxışında Azərbaycanda qeyri-neft-qaz sahəsində əldə edilən uğurları da diqqətə çatdırıb. Ölkə rəhbəri enerji diplomatiyasının ölkəmizin iqtisadi potensialını gücləndirdiyini, dərin islahatlarla yanaşı, neft-qaz sektorundan gələn gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldildiyini xatırladaraq bunun nəticəsində təkcə caril il ümumi daxili məhsulun 7,2 faiz, qeyri-neft sektorunda 11,5 faiz, qeyri-neft sənayesində 15 faizdən artıq artım qeydə alındığını, xarici borcun ümumi daxili məhsulun yalnız 12,5 faizi təşkil etdiyini bildirib.
Bu ilin yenilikləri arasında bərpaolunan enerji sahəsində pilot layihələr, “yaşıl enerji” zonası, dəniz külək enerjisi potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac məsələləri var. Bakı Enerji Həftəsində bərpa olunan enerji mənbələrinə xüsusi maraq göstərilməsi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” ilə təmin edilməsi üçün investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək əminliyi yaradır. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirirlər. Bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, yaşıl hidrogen, habelə ixrac məsələlərini özündə birləşdirən sərgidə Almaniya, Rumıniya və Rusiya ən son təkliflərin yer aldığı milli pavilyonlarla iştirak edirlər.
Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Azərbaycanın digər bölgələri də bərpaolunan enerji mənbələri ilə zəngin olduğu üçün Günəş və külək enerjisindən səmərəli istifadəni gerçəkləşdirmək məqsədilə 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bu potensialın payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin, həm də məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.
Beləliklə, Enerji Forumu bir daha təsdiq edir ki, Azərbaycan bu il dördüncü sənaye inqilabının nəticələrini tədqiq etmək niyyətindədir. Xüsusilə işğaldan azad olmuş ərazilərimizdə “yaşıl enerji”nin istifadə olunması, “yaşıl iqtisadiyyat”ın formalaşması və genişlənməsi, alternativ mənbələrdən enerjinin əldə edilməsi məhz bu məsələnin prioritet olduğunu bir daha sübuta yetirir.
Araz Fərəcov
ADPU-nun riyaziyyat fakültəsinin dekanı, dosent

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31