Leyla Abdullayeva: RİA Novosti agentliyinin bu addımı Rusiyanın postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsinin şərh edilməsi ilə bağlı KİV-in sualını cavablandırıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Abdullayeva Rusiyanın dövlət informasiya agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yaymasını Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmədiyini bildirib və bunun ciddi təəssüf doğurduğunu vurğulayıb.

Bildirilib ki, dövlət informasiya agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi qeyd edib ki, RİA Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır.

Son xəbərlər

Mbappe Peleni geridə qoydu

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

Fransa mundiala qələbə ilə başladı

QADIN YARADAN, YAŞADAN VƏ QORUYANDIR... - FOTOLAR

NATO müdafiə sistemlərini Türkiyəyə köçürür

Cennifer ilk dəfə boşanmasından yazdı

Əsəd Cahangir - 60 TƏBRİK EDİRİK!

Haqqın qulu olmuşlara Rəhman kömək etmir - QƏZƏL

"Şakir Paşa ailəsi"ndən sonra ünvanı bu serial oldu - FOTO

Məşhur cütlüyün serialı ləğv edildi

Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar

Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü

Aİ azərbaycanlı iş adamına və Sumqayıt şirkətinə sanksiya qoydu

"Bereketli topraklar"ın aktrisası yeni serialda - FOTO

Mütəxəssislərdən xəbərdarlıq - mətbəxdəki bu əşya yanğına səbəb ola bilər

Xırdalanda 3300 metr yeni kanalizasiya kollektoru inşa edilir

Həbs müddəti azaldıldı

Ecenin öldüyü gecə yaşananları - Anası açıqladı

25 il sonra doğulduğu evə getdi - Foto

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Gündüz mürgüləməsi təhlükəli ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930