Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2021/2022-ci il mövsümündə Super Liqa, Yüksək Liqa, Birinci liqaların və ölkə kuboku yarışının yekunu müzakirə olunub. Bunlarla yanaşı, qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

C.Qurbanov bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkə idmanı intibah dövrünü yaşayır. Milli komandamızın 9 dəfə Avropa çempionatının final mərhələsində, 4 dəfə dünya çempionatında iştirak etdiyini, klublarımızın Avropa kuboklardakı uğurlu çıxışlarını xatırladan federasiya prezidenti qarşıya əsas hədəf kimi iştirak ediləcək yarışlarda yüksək nəticə əldə etmək tapşırığı qoyub.

Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq Azərbaycan çempionatının keçirildiyini qeyd edən C.Qurbanov deyib: “Çempionatda iştirak edən oyunçuların əksəriyyətinin gənclər olması sevindirici haldır. Paytaxtımızda, eləcə də bölgələrdə olan ucaboylu qız və oğlanları voleybola cəlb etmək lazımdır. Buna görə də yalnız paytaxtda deyil, rayonlarda məşq edən gənclərlə işləmək lazımdır”.

Daha sonra C.Qurbanov Avropa çempionatının seçmə oyunlarında mübarizə aparacaq 22 yaşadək oğlan voleybolçularımıza uğurlar arzulayıb.

İclasda qadın və kişilərdən ibarət milli komandalara baş məşqçi təyinatı rəsmiləşib. İdarə Heyətinin qərarı ilə Eldar Yusubov qadınlardan ibarət milliyə, Pərviz Səmədov kişilərdən ibarət yığmaya baş məşqçi təyin olunublar.

Daha sonra yeni təyin olunan baş məşqçilər onlara göstərilən böyük etimada görə AVF rəhbərliyinə təşəkkür edib, milli komandalarımızın qarşıdakı yarışlarda uğurlu çıxışı üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.

C.Qurbanov məşqçiləri dinlədikdən sonra bildirib ki, əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etmək və ölkəmizdə voleybolun yenidən inkişafına nail olmaqdır.

Regionlarda voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı tapşırıqlar verilib.
Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Son xəbərlər

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31