Putinin “KTMT-yə gəlin” TƏKLİFİ: Moskva istədiyini ala bilməyəcək – TƏHLİL


Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusda təmsil olunması təklifini səsləndirib.

Putin bu ideyasını KTMT-nin Moskvada keçirilən sammitində irəli sürüb, bununla da MDB ölkələrinin hamısını KTMT tərəfə dartmaq planını dilə gətirib.

MDB ölkələrindən altısı (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) KTMT üzvüdür, amma bu hərbi təşkilat cəlbedici platformaya çevrilə bilməyib və Rusiyanın iradəsi altında formal hal alıb.

Hərçənd ki, KTMT 2022-ci ilin yanvarında Qazaxıstana qoşun yeridəndə texniki olaraq kollektiv müdafiə prinsiplərinə dair nümunəni ortaya qoymuşdu, mahiyyətdə isə bu, daha çox Rusiyanın ambisiyalı siyasətini göstərirdi.

Bəs MDB-yə üzv ölkələrdən hansı KTMT-də təmsil oluna bilər?

Qısa xatırlatma verək ki, bir zamanlar Azərbaycan, Gürcüstan, Özbəkistan da KTMT üzvü olub, sonradan isə bu təşkilatdan qopublar – 1999-cu ildə. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib.

Kreml KTMT-ni NATO-ya alternativ olaraq formalaşdırmaq istəsə də, Rusiyanın kollektiv siyasi iradədən kənara çıxaraq təşkilatda öz maraqlarını diktə etməsi qurumun fəaliyyətini inhisara alır.

Amma hər necə olursa-olsun, Moskva beynəlxalq siyasi təcridə cavab addımı kimi KTMT sıralarının genişlənməsini hədəfləyir.

Azərbaycana dəfələrlə bu barədə dəvətlər və müraciətlər göndərilsə də, Bakı Rusiya ilə Qərb arasında tutduğu tarazlayıcı siyasətinə sadiqlik nümayiş etdirir. Hazırda KTMT-nin Azərbaycan üçün cəlbediciliyi yoxdur, bu təşkilat Bakının hərbi-siyasi və diplomatik maraqlarına adekvat cavab vermir.

Özbəkistan da KTMT-yə qoşulmayacağını əvvəllər bəyan edib, yəni Moskvadan gələn təkliflərə “nöqtə” qoyaraq özünün mövqeyini ortaya qoyub.

Türkmənistan da Moskva ilə məsafəli davranır, ölkə qapalı olsa da, enerji maraqları və Rusiyanın postsovet məkanı üzərində yaratdığı təzyiq dalğası Aşqabadın Qərbə tərəf getmək istədiyini göstərir. Hərçənd ki, Türkmənistanda xarici aləmə, eləcə də Qərbə şübhəli yanaşmalar mövcuddur.

Rusiyanın MDB üzvlərindən yalnız birini – Moldovanı – KTMT-yə çəkmək üçün güclü rıçaqları var, Dnestryanı münaqişə və Rusiya-Ukrayna müharibəsinin həmin konflikti alovlandırmaq ehtimalları Kişinyovu Moskvanın yanında zəif edir.

Bundan sonra Moskva Putinin təklifinin davamı olaraq MDB-nin KTMT-yə üzv olmayan ölkələrinə müxtəlif kanallar vasitəsilə “dəvətnamələr” göndərəcək. Rusiya müşahidəçi statusundan sonra həmin ölkələrin hərbi blokda üzvlüyünü təmin etməyi hədəfləyir.

Bununla belə, KTMT ailəsinə yeni üzvlərin gəlməsi isə inandırıcı görünmür. KTMT-nin öz daxilində Qırğızıstanla Tacikistanın sərhəd problemi var, bu problemin ara-sıra hərbi toqquşmalarla müşayiət edilməsi qurumun, onsuz da, yerin dibinə enən nüfuzunu zədələyir.

Son xəbərlər

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930