Kamilliyin uca zirvəsində duran Təranə Cəbiyeva
İnsanın ən etibarlı dostu özüdür. Həyatda insanı digər varlıqlardan fəqləndirən onun ağıla və müxtəlif bacarıqlara sahib olmasıdır. Əgər hər hansı bir insan bu bacarıqlarını inkişaf etdirmirsə və bacarıqlarından tam istifadə etmirsə, o zaman həmin insan həm varlıq olaraq inkişaf etmir, həm də insan olaraq tam formalaşmır. Hazırda insan dövrlərin ən yüksək təkamül inkişafını yaşayır. İndiki zamanda bilikli, savadlı olmaq informasiya almaq həm asandır, həm də daha çətindir. Asandır ki, istənilən zaman istənilən yerdə istədiyin informasiyanı ala bilirsən, istədiyin universitetlərə daxil olub istənilən biliklərə yiyələnə bilirsən. Çətin tərəfi isə odur ki, bu informasiya çoxluğu, imkanların çoxluğu insanın atacağı hər hansı addımda yalnışlığa yol vermə səviyyəsini yüksəldir.
İnsan həyatda tək deyil. Ətrafımızda milyonlarla insan var və biz bu insanlarla birgə yaşayırıq. Həyat məhz bu insanlarla birgə Həyat adlanır. Ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya etmək, gözəl keyfiyyətlər aşılamaq, müxtəlif millətlərin dilini, mədəniyyətini öyrənmək həyatı öyrənməkdir. Bir insan üçün hər hansı arzusunu istəyini həyata keçirmək heç zaman gec deyil. Odur ki, hər kəsi özü ilə yəni ən etibarlı dostu ilə mehriban olub onu zənginləşdirməyə dəvət edirəm.
***

İnsan – arzusu, iradəsi, idrakı olan varlıqdır. Yer üzündə bir-biri ilə eyni olan iki nəfər yoxdur. Bu onu göstərir ki, insan bənzərsizdir, özünəməxsusdur, təkrarsızdır, fərddir. Bundan qorxmaq lazım deyil. Çiçəklərin müxtəlifliyi çəməni daha gözəl edir.
İnsanın insanlığını oxşarlığı deyil, rəngarəngliyi təsdiq edir.
İnsanın böyüklüyünü təkrarsızlığı təsdiq edir. Özü olmaq, özü kimi yaşamaq, bənzəməmək insanı daha da gözəlləşdirir.
Bir anlıq təsəvvür edin ki, Nəsimi, Füzuli, Cəlaləddin Rumi, Kopernik, Qaliley, hamı kimi yaşasaydılar, necə olardı?
Əgər hamı kimi yaşasaydılar, indi biz onların birini də tanımazdıq.
Hamı kimi yaşasaydılar, şair olardılar, amma Nəsimi, Füzuli olmazdılar. Çünki Nəsimilik, Füzulilik şairlikdən daha böyük mahiyyət daşıyır.
Alim olardılar, amma Kopernik, Qaliley olmazdılar. Çünki koperniklər, qalileylər yalnız yeni elmi kəşflər etmirlər. İnsanlara həqiqəti dərk etmək üçün yeni imkanlar yaradırlar.
Filosof olardılar, amma Cəlaləddin Rumi olmazdı. Çünki Rumi dünyanın, insanın, yaradılışın mənasını görüb anlamaqla qurtarmır. İnsanların ali mahiyyətə qovuşması üçün yol açır.
Jurnalist, istedadlı qələm sahibi olardılar, onda bizdən qabaqkı əsl qələm sahibləri də olmazdı. Bu gün doğuluşunu qeyd edən Təranə Əmir qızı Cəbiyeva da olmazdı!
Bu günə kimi milyardlarla insan hamı kimi “yaşayıb” gedib, amma birinin də adı qalmayıb. Tarixdə yalnız özü olanlar, əsl olanlar qalırlar. Tarixdə hamılıq səviyyəsində olanlar deyil, onun fövqündə duranlar qalır. Özü olmaq bəşəriyyətin rəngarəngliyini, zənginliyini təmin edir.
Haqqında xoş sözlər yazdığım, səmimi fikirlər yürütdüyüm Təranə xanım illər keçsə də, xatırlanacaq. Ən azından ilk dəfə bütün ismayıllılıları birləşdirən “Babadağ baxan ellər” adlı nəhəng kitabın müəllifi kimi hamımızın yaddaşına həkk olunub. Ondan sonra İsmayıllı haqqında buraxılan kitablar mənimçün elə də çox önəm daşımır.
İnsan göylər üçün, ucalıqlar üçün, gözəl əməllər üçün yaradılmışdır. İnsan təbiətən qanadlıdır. O, daim ucalığa, ucalmağa can atır, yüksək ideallar uğrunda çarpışır. O, sürünmək üçün yaranmamışdır. Uçmaq üçün yarananlar sürünməyi bacarmırlar. İnsan adı həm də kamillik, yetkinlik, tamlıq, müdriklik rəmzidir. Təranə xanım da daim yeniliyə, inkişafa can atanlardandır. Özünün xeyirxah işləri ilə onu tanıyan insanların qəlbində, zehnində ucalıb, sağlığında özünün heykəlini qurub.
Adam var tanıyıram ki, zamanla rahatlığı sevir, toxluğu sevir, harınlığı sevir. Nəticəni sevir, hazırı sevir. Nəticənin hansı yolla əldə edilməsi heç bir əhəmiyyət kəsb etmir. Amma səmimiliyin özünü əməlləri ilə yaşadan Təranə xanım isə özüdür, çünki canında, qanında zəhmətsevərlik, işgüzarlıq, cəsarət, hünər, prinsipiallıq var. Bu xüsusiyyətlər bir qadın olaraq onda çoxdan cəmləşib. Ona görə hətta bəzi kişilərlə də (kişilər bu sözümdən inciməsinlər) onu müqayisə edə bilərəm.
O, heç vaxt pis yolnan yaxşı iş görməyib, pis əməllə xeyirxahlıq etməyib. Bu, mümkün də deyil.
Zəmanə insanların hamısını bir qəlibdən keçirməyi sevir. Bu qəlibə sığmayanları tanımaq istəmir. Bu qəlibdən keçənlərin isə qanadları budanır. Təranə xanım isə həmişə insana, qarşı tərəfə qol-qanaq açır, ilham verir, onu ruhlandırır.
Ən pis şəraitdə, ən pis zəmanədə yaxşı insanlar olub, olacaq. Pis şərait insan yarada bilsəydi, pis insan yaradardı. Ancaq göründüyü kimi, pis şəraitdə də yaxşılar olub. Pis şəraitə uyğunlaşan, boyun əyən adam var, pis şəraitin yaratdığı insan yoxdur. Yaxşılar pis mühitin məhsulu ola bilməz. Yaxşılıq elə əməl, elə fünksiyadır ki, onun şərait, mühit, zəmanə adlı arqumenti yoxdur. Yaxşılıq – yaxşıların həyat norması, yaşam tərzinin ifadəsidir. Yaxşılar şəraitdən, mühitdən asılı olmayaraq həmişə yaxşıdırlar. Yaxşılıqla yaxşılar, haradasa, eyni anlam daşıyır. Əslində insan əməli – gördükləri qədərdir. Ona görə də yaxşılar elə yaxşılığa bərabərdilər.
Neçə-neçə kitabın müəllifi, ödülün mükafatçısı kimi tanıdığım istedadlı yazar Təranə Cəbiyeva da bu yaxşıların daim cərgəsindədir, kamilliyin uca zirvəsindədir. Fəxr edirəm ki, belə bir dostum var. Ona verdiyim salamı belə ona halal edirəm.
Və sonda. Salamımı halal etdiyim ləyaqətli dostum Təranə xanım, ad günün mübarək olsun. Gün olsun nəvələrinin toyunda əl götürüb oynayaq. Məncə, bu sənin də əzəli arzundur. Allah qismət eləsin. Amin!

Sənin xətrini istəyən dostların adından dostun Daşdəmir ƏJDƏROĞLU
Kamilliyin uca zirvəsində duran Təranə Cəbiyeva

Kamilliyin uca zirvəsində duran Təranə Cəbiyeva
Kamilliyin uca zirvəsində duran Təranə Cəbiyeva

Son xəbərlər

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31