Azərbaycanda sosial şəbəkələrlə bağlı YENİ QANUN GƏLİR: BUNDAN SONRA....

Sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yazanlar artıq cəzalandırıla bilər. Milli Məclisdə rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır.

Milli Məclisin deputatı Elşad Mirbəşir Trend-in suallarına cavabında bildirib ki, BMT-nin İnsan Hüquqları Komitəsinin yanaşmasına görə internet və kiber məkanda söz və fikir azadlığı olmalıdır. Bu halda insan hüquq və azadlıqları haqqında beynəlxalq paktın 19-cu maddəsinin ikinci bəndinə istinad olunur. Həmin bənddə göstərilir ki, insanlar adi həyatda öz fikirlərini, düşüncələrini sərbəst bölüşmək hüququna malikdirlərsə, virtual həyatda da həmin hüquqlara malik olmalıdırlar.

"Bu zaman həmin beynəlxalq paktın 9-cu maddəsinin üçüncü bəndinə də istinad etmək lazımdır. Biz öz davranışlarımıza, fikrilərimizə görə adi həyatda məsuliyyət daşıyırıqsa, virtualda yazdıqlarımıza görə də məsuliyyət daşımalıyıq. Şəxs internetdə öz ideyalarını, fikirlərini, baxışını paylaşırsa, bu heç bir halda başqa bir insanın hüquqlarının pozulması hesabına olmamalıdır.

Əgər mən başqa bir insanın hüquqlarını pozuramsa, buna görə məsuliyyət daşıyıram. Məsələn, kiberməkanda hüquqların qorunması vacib məsələdir. Bir müəllif öz hansısa əsərini internetdə paylaşırsa, digərləri onun müəlliflik hüquqlarını qorumadan, istinad etmədən istifadə edirsə, onun hüquqlarının qorunmasının hüquqi normativ əsasları olmalıdır. Dünyanın bir çox təşkilatlarında belə bir yanaşma var ki, bütün dünya dövlətləri üçün işlək olacaq normativ hüquqi baza olmalıdır. Bu da kiberməkanda insan hüquqlarının qorunmasına imkan versin. Bu zaman əsas iki istiqamət nəzərdə tutulur. Birincisi intenet məkanında insanın şərəf və ləyaqətinin alçaldan, peşəkar nüfuzuna xələl gətirən hallara görə məsuliyyət nəzərdə tutulsun. İkincisi isə kiberməkanda da dövlət, milli təhlükəsizliyə xələl gətirəcək məqamların qarşısı alınsın", - o bildirib.

Son xəbərlər

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31