
Xəbərlər
27.09.2019, 23:16
Vilayət Eyvazov onları işdən çıxardı

Samux Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər. Hər iki rəis müavini sərəncama götürülüb.
Onların yerinə hələlik təyinat yoxdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












