“Böyük Qayıdış” Gənclər Təşkilatı qazilər üçün iftar süfrəsi təşkil edib
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Qazilərlə bir gün” layihəsi çərçivəsində müqəddəs Ramazan ayı münasibətilə Vətən müharibəsi qaziləri üçün iftar süfrəsi təşkil olunub.

Millət vəkillərinin, tərəfdaş qurumların nümayəndələrinin, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qaziləri, üzv və könüllü gənclərin iştirak etdiyi tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub, qazilərimizə şəfalar dilənib.

Turaztv.az xəbər verir “Böyük Qayıdış” Gənclər Təşkilatından AZƏRTAC-a bildiriblər ki, “Qazilərlə bir gün” layihəsinin əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qaziləri diqqətdə saxlamaq, qəhrəman qaziləri cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən uğrunda döyüşən insanlara dəstəyini artırmaq, qazilərin iştirakı ilə müxtəlif maraqlı fəaliyyətlər təşkil etməklə onların cəmiyyətə reinteqrasiyasına dəstək olmaqdır.

Tədbirdə çıxış edən natiqlər artıq iki ildir ki, xalqımızın həmrəylik, mənəvi birlik və bərabərlik rəmzi olan müqəddəs Ramazan ayını Zəfər əhval-ruhiyyəsi ilə qeyd etdiyini bildirib, azan səsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə 30 ildir həsrətində olduğumuz, 44 günlük haqq savaşında işğaldan azad edilmiş torpaqlarımızda səsləndiyini qürurla diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Öz doğma yurdundan didərgin düşmüş soydaşlarımızın əbədi və əzəli torpaqlara Böyük qayıdışını təmin etmək üçün fövqəladə işlər həyata keçirilir, işğal zamanı dağıdılmış mədəni-mənəvi irsimiz dirçəldilir, məscidlərimiz, tarixi abidələr və ziyarətgahlarımız bərpa edilir, abad kəndlər və şəhərlər salınır. Gənclərimizin bütün bu proseslərdə aktivliyi, təşəbbüskarlığı təqdirəlayiqdir.

Bu günədək layihə çərçivəsində təşkilat tərəfindən paytaxt və regionlarda könüllü gənclərin iştirakı ilə qazilərlə görüşlər keçirilib, həmçinin 10 regiondan Vətən müharibəsi qazilərinin Bakıya səfəri təşkil edilib.

Növbəti mərhələdə layihənin ölkə üzrə 55 regionda icrası nəzərdə tutulur.
“Böyük Qayıdış” Gənclər Təşkilatı qazilər üçün iftar süfrəsi təşkil edib
“Böyük Qayıdış” Gənclər Təşkilatı qazilər üçün iftar süfrəsi təşkil edib
“Böyük Qayıdış” Gənclər Təşkilatı qazilər üçün iftar süfrəsi təşkil edib

Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31