ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetinin Marketinq və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, ABB-nin tərəfdaşlığı ilə keçirilən və aprelin 27-dək davam edəcək Karyera Hazırlığı Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.

Universitetin Karyera Xidmətlərinin təşəbbüsü ilə keçirilən tədbir çərçivəsində maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları karyerayönümlü mövzularda seminar və təqdimatlar keçirəcəklər. Tədbirdə təmsil edilən tərəfdaş qurumlar sırasında ABB, “ATL Tech”, Azərbaycan HR İnstitutu, “Baker Tilly”, “bp”, “Coca-Cola” şirkəti, “Deloitte & Touche”, Dövlət İmtahan Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, “EKVITA”, “Ernst & Young”, "KPMG Azerbaijan", PAŞA Həyat Sığorta, "PMD GROUP", “Unibank” və "Yelo Bank”ı qeyd etmək olar.

Karyera həftəsində iştirak edən 300-dən çox tələbə 8 gün ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən peşəkarların emosional zəka, sənaye anlayışları, müsahibə bacarıqları, iş etikası, sahibkarlıq və innovasiya, şəxsi brendinq və rəqəmsal şəbəkə mövzularındakı mühazirələrində iştirak edəcək, təqdim edilən təcrübə proqramları və qısamüddətli iş imkanları ilə bağlı məlumat əldə edəcəklər. Həmin tələbələr akademik göstəricilərinə, gələcək karyera hədəfləri və maraq dairələrinə, eləcə də ünsiyyət bacarıqlarına müvafiq olaraq 18 nəfərlik fərqli qruplara bölünüblər.

Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 6-sı Karyera Sərgisi də təşkil olunacaq. Sərgidə 100-dən çox yerli və beynəlxalq statuslu şirkət ADA-nın 1500-ə yaxın tələbə və məzununa müxtəlif karyera fürsətləri təqdim edəcək.
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

Son xəbərlər

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930