Xəbərlər
21.03.2022, 19:50
FHN-in xilasetmə qüvvələri avtomobillərdə sıxılı vəziyyətdə qalmış cəsədləri deformasiyaya uğrayan minik avtomobilindən çıxarıblar
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunda “MAN” markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və bir nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) cəsədini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay