Bahar Muradova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyasında çıxış edib
BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyası keçirilir. Koreya Respublikasının Gender Bərabərliyi və Ailə Nazirliyinin sədrlik etdiyi sessiya "İqlim dəyişikliyi, ətraf mühit və fəlakət risklərinin azaldılması strategiyaları və proqramları kontekstində gender bərabərliyi, bütün qadın və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq" mövzusuna həsr olunub.

Martın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova nazirlər səviyyəsində təşkil edilmiş dəyirmi masada onlayn formatda çıxış edib.
Bahar Muradova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyasında çıxış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komissiyaya üzv olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İspaniya, Sloveniya, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı, İraq, Keniya, Anqola, Sudan, İndoneziya, Filippin və digər ölkələrin aidiyyəti nazirlik və komitələrinin rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasını təmsil edən Dövlət Komitəsinin sədri Bahar Muradova iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən danışıb. Komitə sədri bu problemin həllinin sosial aspektləri nəzərə almadan, qadın və kişilərin bütün səviyyələrdə bərabər iştirakı olmadan mümkünsüzlüyünü bildirib. O, bir sıra dünya ölkələri kimi Azərbaycanın da ətraf mühitin bütövlüyü və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində beynəlxalq sənədlərə qoşulduğunu, bir sıra dövlət proqramları, İnkişaf Konsepsiyası və Milli Strategiya qəbul edildiyini qeyd edib.

Bahar Muradova vətəndaş cəmiyyəti və ictimai birliklərin bu proseslərdə yaxından iştirak etdiyindən bəhs edərkən, Heydər Əliyev Fondu, eləcə də IDEA İctimai Birliyinin ətraf mühitin qorunması, ictimai maarifləndirmə, xüsusilə gənclərin prosesə cəlb edilməsi, beynəlxalq əməkdaşlıq, ətraf mühit problemləri üzrə təhsil sahəsində geniş fəaliyyət göstərdiklərini və bu işə töhfə verdiklərini vurğulayıb.

Azərbaycan ərazilərinin uzun müddət Ermənistanın işğalı altında saxlanılması nəticəsində ekosistemə ciddi ziyan dəydiyini diqqətə çatdıran Komitə sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı inkişafın təmin edilməsi, eləcə də “yaşıl” texnologiyaların tətbiqi ilə bağlı bir sıra mühüm qərarların qəbul edildiyini qeyd edib.

Tədbir üzv ölkələrin çıxışları və müzakirələrlə davam edib.

BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyasına martın 25-də yekun vurulacaq.

Son xəbərlər

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31