Putinin ev dustağı etdiyi şəxs kimdir? – “Prezidentə demişdi ki…”

Rusiya prezidenti Putinin göstərişi ilə ev dustaqlığına çıxarılan iki kəşfiyyatçının əməliyyat vəsaitlərini mənimsədiyi iddia edilsə də, Qərb mediası bunun sadəcə bir bəhanə olduğunu bildirir.

Qərb mediası iddia edir ki, Putini kəşfiyyat qurumu uğursuzluğa düçar edib. Bu məqamda ev dustaqlığında olan Rusiya Federal Təhlükəsizlik Xidməti Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri Sergey Beseda Putinin Kiyevdəki uğursuzluğunun bir nömrəli mənbəyi kimi görünür.

Keçən həftə mediada Putinin Ukrayna müharibəsinin uğursuz kəşfiyyat və zəif strategiyaya görə məyus olması səbəbilə 8 generalı vəzifəsindən uzaqlaşdırdığına dair məlumatlar yayıldı.

PUTİN ONU "Günah keçisi” SEÇİB

İndi bütün dünyaya məlumdur ki, Rusiya tərəfi müharibənin ilk iki həftəsində aşkar səhvlərə yol verib. Bəs, bu aşkar səhvlərə görə kim günahlandırılacaq?

Britaniyanın "Teleqraf” qəzetinin təhlilinə görə, Putin artıq "günah keçisi” seçib. Əvvəlki bir çox xəbərlərdə Putinin çox qəzəbli olduğu və Ukrayna ilə müharibədə uğursuzluğa görə Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB) hədəfə aldığı məlum idi. Bu yaxınlarda yayılan xəbər bütün iddiaları təsdiqlədi.

İddia olunurdu ki, kəşfiyyat orqanının iki kritik xadiminin ev dustaqlığına buraxılmasına səbəb 2014-cü ildən bəri ayrılan əməliyyat vəsaitlərinin mənimsənilməsi olub.

Bununla bərabər, "Teleqraf” qəzeti araşdırmanın Besedanın həbsi üçün sadəcə bir bəhanə olduğunu və əsl səbəbin onun Ukraynadakı rolu olduğunu iddia edir.

Prezidentə eşitmək istədiklərini söyləyib…

FSB mahiyyətcə daxili təhlükəsizlik qurumu olsa da, onun operativ məlumat departamenti xüsusən də qonşu ölkələrdə xarici əməliyyatlar aparır. Belə olan halda Beseda Kiyevdəki siyasi vəziyyətlə bağlı Putinin əsas mənbələrindən biri kimi görünür.

Xarici məblələrdə bildirilir ki, Putinin Ukraynaya müdaxiləyə qərar verərkən oxuduğu xəbərləri hazırlayan Besada prezidentə eşidilməsi lazım olanı deyil, onun eşitmək istədiklərini söyləyib.

Digər tərəfdən, iyirmi ildir Rusiya məxfi xidmətini izləyən Andrey Soldatov "The Times”a təşkilatın yaxşı kəşfiyyat məlumatı topladığını iddia etsə də, bunu Putinə söyləməyin çətin olduğunu deyib: "Problem ondadır ki, Rusiyada Putinə eşitmək istəmədiyi şeyləri söyləmək çox risklidir. Ona görə də onu sakitləşdirmək üçün hesabatları dəyişdirdilər", - deyə Soldatov açıqlamasında bildirib.

Son xəbərlər

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31