Putinin "xəbərdarlığı": Bakı Qarabağda nəyə hazırlaşır?
Rusiyanın Ukraynaya hücumundan sonra üzləşdiyi beynəlxalq təzyiq Moskvanı sərhədlərində vəziyyəti nəzarətə almağa məcbur edir. Putinin “xəbərdarlığı” da buna hesablanmışdı, lakin ruslar anlayır ki, bu prosesdə qonşu ölkələrin neytrallığını təmin etmək üçün təkcə təhdid kifayət etmir: müəyyən məsələlərdə özü də neytrallıq nümayiş etdirməlidir.

Qarabağdakı ermənilərə azan səsi və Azərbaycan musiqisinin dinlədilməsi, separatçı-terrorçuların təxribat atəşi açması bu kontekstdə diqqət çəkir. Və mümkündür ki, Bakı bölgədəki silahlı terrorçuların təmizlənməsi, üçtərəfli razılaşmada dalana dirənmiş bəndlərin icrasının təmin edilməsi üçün yaranmış şəraitdən istifadə etsin.

Separatçıların “qoruyucusu” kimi çıxış edən Moskva indiki halda neytral mövqe sərgiləyə bilər. Çünki:

a) ABŞ-NATO-nun bölgədə Gürcüstan üzərindən ikinci cəbhə açmaq istəyəcəyi mümkündür;

b) AB-yə sədrlik edən Fransa Ermənistan üzərindən Rusiyanın mövqelərini zəiflətmək üçün müəyyən addımlar ata bilər.

Bu risklərə qarşı Rusiya Cənubi Qafqazda onun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını sürətləndirməli, bölgənin siyasi arxitekturasının qurulması planının dəyişməsinə imkan verməməlidir.

Üçtərəfli razılaşmların – 10 noyabr, 11 yanvar və 26 noyabr – icrasında əsas problem 10 noyabr razılaşması, xüsusilə 4-cü bənd – silahlı ermənilərin çıxarılmasıdır. Bu, həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası üçün də vacibdir: bir ölkənin silahlı dəstəsi başqa bir ölkənin sərhədləri daxilində olduğu müddətdə həmin ölkələr arasında sərhədin müəyyən edilməsi, o cümlədən, nəqliyyat əlaqələrinin bərpası hüquqi baxımdan mümkün deyil.

Lakin Qarabağ üzərindən bölgəyə dair planları olan, ən azı bu kartdan Bakıya qarşı siyasi rıçaq kimi istifadə edən Rusiya üçün erməni qoşunlarının çıxarılması, yaxud separatçıların təmizlənməsi prosesinin səssiz baş verməsi imic baxımdan sərfəli deyil: həm Qarabağdakı, həm də Ermənistandakı ermənilərin “Rusiya himayəsi” streotipinə zərər vurmaq istəmir.

Moskva dilemma qarşısında qalmış kimi də görünür: bir tərəfdə imici, digər tərəfdə bölgədəki strateji maraqlarına xidmət edən razılaşmaların icrası. Bu baxımdan, erməni qoşunların çıxarılması, yaxud separatizmin ləğvi kimi məsələlərə zərurət yaradacaq “məcburetmə” addımları atılmalıdır: separatçıların keçirdiyi aksiya və terrorçuların təxribat atəşləri, eləcə də erməni terrorçuların postlar qurması bu addımlar üçün ciddi əsaslar yaradır; Bakının Xankəndi istiqamətində azan səsi və milli musiqilərimizi səsləndirməsi isə hədəfin daha böyük – separatizmin ləğvi olması kimi – olduğu fikrini önə çıxarır; Rusiya ilə imzalanan bəyannamə də bu məsələdə əlimizi gücləndirə bilər.

Hadisələrin inkişafına Ukraynadakı müharibə də təsir edir. Rusiya mövcud vəziyyətdə müharibənin gedişatını, həmçinin, Qərb cəbhəsinin ata biləcəyi addımları tam proqnozlaşdıra bilmir. Və Qərb bloku ilə kəskin qarşıdurmada olduğu vaxt Türkiyə və Azərbaycanın ən azı balanslı mövqeyi onun üçün əhəmiyyətlidir. /axar.az/

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31