Bu yaz səhəri - Cümşüd AYDƏMİROV
Bu yaz səhəri
Bu da növbəti uğursuz bir şans...
Yenə də təəssüf,acı göz yaşı,
Yox daha demirəm dayan, qulaq as,
Taleyə yağdırma qarğış yağışı!

Zaman yəqin bizi sınağa çəkir,
Zaman söylədiyim filankəs deyil.
Yəni taleyimiz sərt gediş edir,
Ayaqda dayanmaq bəs hünər deyil?

Dünyanın məhvəri elə dönüb ki,
Tanrım aciz qalıb insan əlində.
Sənin dediklərin təzə deyil ki,
Yadımdan çıxıbdı deyəcəyim də.

Daha gücü çatmır hər yetən sözün,
Anlamaq dərdi var canımızda da.
Gərək elə deyəsən ki,deyəndə sözün,
"On"luğu aşırsın tuşlayanda da!

Özümə anlatmaq istəyirəm ki,
Hər gələn sabaha çox da aldanma.
Sözü məqamında deməsən bil ki,
Bu anın söhbəti sonra gec ola.

Bu yaz səhəri də əvvəlki deyil,
Ürək köks dolusu sevinə bilmir.
Bənövşə duruşu boynu bükülü,
Nərgizin qoxusu bihuş eləmir.

Yetər eşitdiyimiz acı xəbərlər,
Könüllər təşnədir yaz gəlişinə.
Yenə əvvəlkitək sevsin sevənlər,
Körpələr göz açsın Novruzam deyə.


Cümşüd Aydəmirov,
Bakı. 04.03.22

Bu yaz səhəri - Cümşüd AYDƏMİROV
Bu yaz səhəri - Cümşüd AYDƏMİROV

Son xəbərlər

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31