Ekspert: "Azərbaycanın avtomobil bazarında qiymətlər sabitləşib"
“Bu ilin fevral ayında Azərbaycanın avtomobil bazarında yanvar ayı ilə müqayisədə qiymət dəyişikliyi olmayıb”.

Bunu “Report”a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Bununla belə, onun sözlərinə görə, ötən ay ölkədə avtomobil satışı əvvəlki aya nisbətən az olub.

"Ümumilikdə I rübdə bazarda satışların artması gözlənilmir. Yalnız II rübdə, yəni aprel-may aylarında satışların yüksələcəyi proqnozlaşdırılır. Həmçinin ökəyə idxal olunan avtomobillərin sayında da xeyli artım olacaq”, - deyə E.Cəfərov qeyd edib.

Onun sözlərinə görə, fevral ayında avtomobil həvəskarlarının əsas tələbatı “krossover”lərə, xüsusilə “mini krossover”lərə olub: "Son nəticədə bu aydan ölkəyə “mini krossover” idxalı artıb. Onlar mühərik həcmi 1 500 - 2000 kub santimetr olan avtomobillərdir. Əgər əvvəllər “C” seqmentində olan avtomobillər populyar idirsə, indi “mini krossover”lər daha populyardır. Həmçinin hibrid və elektrikli avtomobillərə hər ay tələbat artır. Yeni avtomobil almaq istəyənlər ekoloji təmiz avtomobillərlə maraqlanır”.
Ekspert: "Azərbaycanın avtomobil bazarında qiymətlər sabitləşib"


Ekspertin təhlillərinə görə, Ukrayna-Rusiya müharibəsinin Azərbaycanın avtomobil bazarına təsiri olmayacaq: “Rusiyadan Azərbaycana yalnız orda istehsal olunan avtomobillər gətirilir. Onların da istehsal olunduğu zavodlar münaqişə zonasından kənardadır və Azərbaycana idxalda hər hansı problem olmayacaq. Ukraynadan da Azərbaycana kütləvi şəkildə minik avtomobilləri gətirilmir. Ona görə də ordakı proseslər Azərbaycanın avtomobil bazarına təsir etməyəcək”.

Avtomobil bazarının vəziyyəti ilə daha yaxından tanış olmaq üçün paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan bir neçə şəxslə əlaqə saxladıq. Onların verdiyi məlumata görə, bazarda əsas üstünlük “Mercedes”, “Hyundai”, Toyota” kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:

Ekspert: "Azərbaycanın avtomobil bazarında qiymətlər sabitləşib"

“Mercedes C-class” (2007-2008-ci il) - 13 500 -25 000 AZN

“Mercedes GL-class” (2006-2007-ci il) - 23 000-30 000 AZN

“Mercedes GL-class” (2015-ci il) - 77 000 – 94 000 AZN

“Nissan Kicks” (2021-ci il) 35 000 - 45 000 AZN

“Nissan Sunny” (2010-2011-ci il) - 11 000 - 16 000 AZN

“Hyundai Sonata” (2008-2009-cu il) - 14 000 - 20 000 AZN

“Hyundai Santa Fe” “2021-ci il) – 80 000 - 85 000 AZN

“Hyundai Santa Fe” (2014-2015-ci il) - 30 000 - 45 000 AZN

“Hyundai Accent” (2021) – 26 000 - 32 000 AZN

“Hyundai Accent” (2010-2011-ci il) – 11 000 – 18 000 AZN

“Toyota Camry” (2014-2015-ci il) - 23 000 - 43 000 AZN

“Toyota Camry” (2021-ci il) - 52 000 - 85 000 AZN

“Opel Astra” (2006-2007-ci il) – 13 000 - 19 000 AZN

“Chevrolet Cruze” (2012-2013-cü il) - 11 000 -19 000 AZN

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31