Ukraynalılar azərbaycanlı alimin kəşfini istifadə edir

Bir neçə gündür davam edən Rusiya-Ukrayna müharibəsində "Molotov kokteyli" adlı partlayıcı vasitələr diqqət çəkib. Belə ki, bu günlərdə sosial şəbəkədə yayılan görüntülərdə Kiyev yaxınlığındakı gecə döyüşlərində bir neçə Rusiya hərbi texnikasının məhv edilməsində bu partlayıcından istifadə olunub. Həmin görüntülərdə Rusiya tanklarının üzərinə onlarla “Molotov kokteyli”nin atıldığı və tankların alışdığı müşahidə olunur.

"Unikal"ın məlumatına görə, şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlı partlayıcı vasitə adını rus siyasətçi və diplomat Vyaçeslav Molotovdan alsa da, onun kəşfi azərbaycanlı alimin əməyinin nəticəsidir.

"Molotov kokteyli"nin içərisinə tökülən qarşışıq toluol maddəsini azərbaycanlı alim kəşf edib. Söhbət dünya şöhrətli alim, kimya elmləri doktoru, mərhum akademik Yusif Məmmədəliyevdən gedir.

İkinci Dünya müharibəsi zamanı Yusif Məmmədəliyevin fəaliyyəti çoxşaxəli idi. Belə ki, o, təkcə yüksək oktanlı benzin deyil, həmçinin düşməni sıradan çıxarmaq üçün bəzi partlayıcı maddələr də ixtira edib ki, bu ixtiralar da müharibədə SSRİ qoşunları üçün çox gərəkli olub.
Ötən əsrin ortalarında Yusif Məmmədəliyevin ilk sırada olduğu kimyaçı alimlərin əzmkar əməyi sayəsində yüksək oktanlı təhlükəsiz yanacaqların bütün növlərinin sintezi üzrə yarımsənaye və onların aviamotorlarda sınaqdan çıxarılması üzrə eksperimentlər aparılıb. Bunun nəticəsində sovet təyyarəçiləri 1941-1945-ci illərdə davam edən Böyük Vətən müharibəsi cəbhələrində uğurla döyüşürdülər.

Faşist ordusu üzərində Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın - "Molotov kokteyli"nin yaradılmasının da böyük əhəmiyyəti oldu. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib-hazırlanmışdı. O zaman, müharibə vaxtı və elə indi də az adam bilir ki, sonralar “Molotov kokteyli” kimi məşhurlaşacaq qarışığın müəllifi Azərbaycan alimidir.

Bu partlayıcı-yandırıcı qarışığa “Molotov kokteyli" adını isə İngiltərə baş naziri Uinston Çörçill verib. Belə ki, 1941-ci ildə keçirilən görüşdə bu kəşf barədə SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Çörçillə məlumat verib. Bildirib ki, partlayıcı-yandırıcı vasitə əl bombası kimi yaxşı silah növüdür. Elə həmin görüşdəcə Çörçill SSRİ xarici işlər nazirinə deyib ki, “bu partlayıcı vasitənin adını sənin şərəfinə "Molotov kokteyli" qoyuram".

Son xəbərlər

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bizə qarşı açıq müharibə elan edilib”

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”

Bu xəstəlikləri olanlar skuter sürməsin - Həkimdən ciddi xəbərdarlıq

Tanınmış model indi çörək satır - FOTO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi medal qazanıb

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Bakıda Atatürk və Antena parkları birləşdirilir

Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Uşaqlıqda olanları niyə böyüyəndə xatırlamırıq?

Faizlə borc vermək qanunidirmi? - Ali Məhkəmədən açıqlama

Dostunun yasında vəfat etdi

SEVİNC YUNUSLU : O şəhərə.. - FOTİ

“Yıldız”la “Ender” yenidən bir arada - FOTOLAR

Prezident Samir Şərifova yeni vəzifə verdi

Bukmeykerlər Azərbaycanı "Avroviziya-2026"da favorit hesab etmir

Milli Məclisin növbəti iclasının gündəliyinə 11 məsələ daxil edilib

Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər

“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930