Qəhramanlığın zamanı, qəhramanın məkanı olmur - Qəhrəmanın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dünyaya gəlməsindən 34 il ötür. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayon Əliabad kəndində anadan olub. Uşaq vaxtından öz iradəsi, bacarığı ilə seçilən Mübarizin həyatda çoxlu uğur qazanacağını bir çox insan bilirdi. Amma onun tək başına düşmən postuna daxil olub, onlarla erməni hərbçisini məhv edəcəyini heç kim düşünməzdi, düşünmürdü də. Amma Mübariz etdi. Ermənilərə sözün həqiqi mənasında dərs keçdi. O gecə onun etdiklərini düşünərkən insan dəhşətə gəlir, qürurlanır, fəxr edir. Fəxr edir ki, Mübariz İbrahimovun yaşadığı tarpaqda yaşayır, onun nəfəs aldığı havadan nəfəs alır, onun içdiyi sudan içir.

Mübariz 2007-ci ildə hərbi xidmətini başa vurub, geri qayıtmışdı. Bir müddət mülki işlərdə işləməsinə rəğmən o hərbidən uzaqda qala bilmir. Çünki onun arzuları başqa idi, o Vətənini azad görmək istəyirdi. Onun üçün can yox, vətən daha əziz idi. Bu hislər, bu sevgi 2009-cu ildə onu yenidən hərbiyə qaytarır. Əlbəttə, o ön cəbhədə xidmət etmək, orada döyüşmək istəyirdi. Elə də olur. Könüllü olaraq düşmənlə üzbəüz postlardan birində xidmət edir. Bu postda bir aya yaxın olur. Bu az müddətdə özünü yaxşı cəhətdən göstərən Mübariz, artıq hamının sevimlisinə çevrilir.
Dostlarının, tanışlarının dediyinə görə o az danışan, sakit təbiətli, daimi ibadət edən, vətəninə, xalqına hədsiz bağlı biri imiş. Sözsüz, bunların doğru olduğunu o çoxdan sübut edib. Özü də bütün dünyaya.
Həmin gecə - 2010-cu ilin iyunun 19-da təsdiq edilməmiş məlumatlara görə gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı minalanmış ərazini keçir. Çox sayda erməni zabit və əsgərini birinci həmlədə məhv edir. Onlara nəyin nə, kimin kim olduğunu göstərən Mübariz dayanmır və düşmənin öz silahlarından özlərinə qarşı istifadə etməyə başlayır. Bütün gecəni döyüşür, səhər saatlarında isə qəhrəmancasına əbədiləşir.
Azərbaycan oğlunun bu qəhramanlığı tez bir zamanda bütün dünyaya səs salır. Ermənilərin etiraf etdiklərinə görə, onlar Mübarizin cansız cəsədinə belə toxunmaqdan çəkinirlər. Həmin cəsədə vandalcasına müxtəlif işgəncələr verirlər. Nə etsinlər? Axı onlar hər zaman Azərbaycan övladının yanında acizdirlər. Bunu nələrləsə sübut etməliydilər.
Bəzi mənbələrdə Mübariz İbrahimovun dostu Fərid Əhmədovun onun nəşinə qarşı erməni vandallarının etdiklərinə dözə bilməyib, həmin nəşi düşməndən almaq üçün qarşı tərəfə keçdiyi qeyd edilir. 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Fərid Əhmədov birbaşa döyüş xəttində həlak olur. Onun və dostu, silahdaşı Mübariz İbrahimovun nəşləri noyabrın 6-da Azərbaycan və Ermənistan tərəflərinin razılaşması nəticəsində qaytarılıb.
Həmin ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilmişdir. Həmçinin Mübariz 2010-ci ildə ilin adamı seçilib.
Mübariz İbrahimov bizə çox şeyi öyrətdi. Əsas olan vətənə sevgini sübuta yetirdi. Elə onun və onun kimi oğulların sayəsində hazırda torpaqlarımız işğaldan azad olunub. Elə Tərtər rayon Çaylı kəndində yerləşən, igid Mübarizin şəhid olduğu postda onun şəklinin üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mübarizin isə ailəsinə yazdığı son məktub insanı bir başqa aləmə aparır. Yəqin ki,hər kəs o məktubu oxuyub. Məktubu oldğu kimi qeyd edirəm : "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
5 saata yaxın təkbaşına düşmana qan udduran Mübarizin haqqında romanlar, şeirlər, mahnılar yazılıb. Onun adı xalqımızın dilində qəhrəmanlıq şüarına çevrilib. Qəhramanlığın zamanı, qəhramanın məkanı olmur, ruhun şad olsun, qəhrəman! Azərbaycan xalqı səninlə fəxr edir. Ad günün mübarək!

Ziyafət Əlisoy.
BDU'nun Jurnalistika fakültəsinin tələbəsi, ictimai fəal

Son xəbərlər

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31