Sabunçu rayonunda ev yanıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.