ADPU tələbəsi yazır: ADPU davamlı və dayanıqlı inkişaf yolunda durmadan irəliləyir

Qədim zamanlardan bəri müəllimlik peşəsi ən müqəddəs və şərəfli peşələrdən biri kimi qiymətləndirilmişdir. Keçmiş tarixi dövrlərdə elm, təhsil, texnologiya müasir dövrdəki kimi inkişaf etməsə də, o, dövr böyük alimlər, filosoflar, ziyalılar, fikir adamları və ən əsası müəllimlər yetişdirmişdir. Təhsilimizin bu günki vəziyyətə gəlib çatmasında tarixin müxtəlif dövrlərində yaşayıb-yaratmış müəllimlərin müstəsna xidmətləri olmuşdur. Azərbaycanda XX əsrin əvvəllərindən fəaliyyətə başlayan ADPU ölkəmizdə pedaqoji kadrların yetişdirilməsi üzrə ixtisaslaşmış ilk ali təhsil müəssisəsidir. Keçən ilin sonunda cənab prezident İlham Əliyevin sərəncamı əsasında 100 illik yubileyi keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti ənənələrə sadiq və yeniliklərə açıq ali təhsil müəssisəsi olduğunu nümayiş etdirdi. Son illərdə ADPU-da həyata keçirilən islahatlar davamlı və dayanıqlı inkişafı şərtləndirdi. Beləliklə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətinin ADPU-da layiqincə tətbiq edilməsi, bu ali təhsil müəssisəsini uğurlu gələcəyə doğru aparmağa başladı. Son illərdə Universitet rəhbərliyinin məhsuldar fəaliyyəti nəticəsində ADPU da STEAM labaratoriyasının və STEAM mərkəzininin açılışı olub. STEAM layihəsi uşaqlarda İKT yeniliklərinin tətbiqi bacarıqlarının, kreativliyin və əməkdaşlıq vərdişlərinin inkişafını nəzərdə tutur. ADPU-da STEAM təhsil modelinin dünyada və Azərbaycanda inkişaf dinamikasını diqqətlə izlənilir və buna dair universitetdaxili işlərin görülməsinə start verilib. ADPU həmçinin SABAH qrupları üzrə də tədrisin təşkili həyata keçirilir. Bu qruplarda yüksək ixtisaslı kadrların yetişdirilməsinə xidmət edir. Bundan başqa ADPU-da ikili diplom proqramı çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq edilir. Proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Şübhəsizdir ki, ADPU bu günki inkişaf tempi ilə təhsil sahəsində davamlı və dayanıqlı inkişaf yolunda durmadan irəliləyəcəkdir.

Ağasəlim Zərbaliyev
ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi

Son xəbərlər

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31