Azərbaycan Prezidenti: Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi
İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Bu il də bu dəstəyi biz hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.

“Eyni zamanda, dekabr ayında NATO və Avropa İttifaqına mənim uğurlu səfərlərim olub. NATO öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişdir. Doqquz zirvə görüşündə bu qətnamələr qəbul edilmişdir. Bu dəfə də bu dəstək ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bütün dünyanın İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”.

Son xəbərlər

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31