Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva kimdir?
Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
Pərvanə Hacıyeva Almaniyada professor elmi adını qazanmış ilk azərbaycanlı alimdir. Almaniyanın Mayns Universitetinin tibb üzrə professoru olan Pərvanə Hacıyeva 1973-cü il avqustun 11-də Gürcüstanın Marneuli şəhərində anadan olub. Oxumağa Marneulidə orta məktəbdə başlayan təhsilini Gəncədə davam etdirib. 1989-cu ildə Gəncə şəhər 17 nömrəli orta məktəbini fərqlənmə ilə - gümüş medalla bitirib.
1991-ci ildə Bakı Dövlət Universitetinin Tibbi bilologiya fakültəsinə daxil olub.
1996-cı ildə BDU-nun Tibbi biologiya fakültəsində tibbi biologiya ixtisasına yiyələndikdən sonra elmi tədqiqatla məşğul olmaq qərarı verib. Həmin dövrdə professor Ralfrid Həsənovun dəvəti ilə Azərbaycan Milli Elmlər Akamdemiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna baş elmi işçi vəzifəsinə gəlib. AMEA-da çalışdığı dönəmdə elmi tədqiqat layihələri üzərində işləyib. Amma burada elmi ideyaları həyata keçirmək üçün laboratoriya və texniki avadanlıqlar məhdud olduğundan aspirantura və doktoranturanı Avropada oxumaq qərarı verib.
1998-ci ildə ali təhsilini və elmi tədqiqatlarını davam etdirmək üçün İtaliyaya gəlib. Florensiya Universitetinin Kimya fakültəsinin nəzdnində fəaliyyət göstərən Nüvə Maqnit Rezonansı Spektroskopiya Mərkəzinin aspiranturasına daxil olub. 2000-ci ildə Florensiya Universitetində "Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri” mövzusunda elmi işini müdafiə edərək, doktor elmi dərəcəsinə yüksəlib.
2001-ci ildə Nüvə Maqnit Rezonansı Spektrokopsiya Mərkəzində elmi işçi kimi fəaliyyətə başlayıb. O, bu elmi mərkəzdə italyan alim, professor İvano Bertininin rəhbərliyi altında metalproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olub.
İtaliyada doktorantura təhsilini başa vurduqdan sonra Almaniyaya gedib. 2001-2002-ci illərdə elmi fəaliyyətini Münhendə yerləşən Maks Plank Elmi-Tədqiqatlar İnstitutunun Psixiatriya fakültəsində davam etdirib. Pərvanə Hacıyeva burada qocalma prosesində hüceyrələrdə baş verən dəyişikliklərlə bağlı tədqiqatlar üzərində işləyib. Azərbaycanlı alimin tədqiqatlarının əsas istiqamətini sinir sistemindəki neyronların qocalması prosesi təşkil edir.
Bundan sonra isə Mayns Tibb Universitetinin Fizika-Kimya İnstitutunda elmi işçi kimi işə başlayıb. 2006-cı ildə Mayns Universitetinin Biokimya İnstitunda elmi işçi qrupuna rəhbər təyin olunub. Bununla yanaşı, burada oksidativ stress, antioksidantlar və mitofagiya sahəsindəki araşdırmalara və elmi layihələrin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.
Pərvanə 2016-cı ildə Mayns Tibb Universitetində biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini müdafiə edib və biokimya üzrə "venia legendi” elmi adını alıb. Həmin il bu universitetin professoru elmi adını qazandıqdan sonra Tibb fakültəsində hüceyrənin adaptasiya və metobalizmi üzrə elmi tədqiqat qrupunu yaradıb.
Həmçinin univeristetin tədris prosesinə də cəlb olunub. Bu gün də burada "Müalicə işi” fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczazlıq və müalicə işi üzrə elmi-praktiki işlərə rəhbərlik edir.
Pərvanə Hacıyeva 2009-cu ildən Mayns Universitetində müalicə işi və stomotologiya ixtisaslıarı üzrə buraxılış imtahan komissiyasının üzvüdür.
Pərvanə Hacıyevanın elmi sahəsi tibbi biologiyadır. Mitoxondriyalarda elekrton nəql sistemi, mitoxondriya xəstəlikləri (altseymer, parkinson və s.) sahələrində tədqiqatlar aparır. Onun elmi fəaliyyəti əsasən "Selülar adaptasiya və metabolizm” mövzusuna yönəlib.
Məşğul olduğu sahələr və elmi problemlər üzrə Almaniyada onlarla elmi məqalə çap olunub. Bundan başqa, "Journal of Alzheimer’s Disease” elmi nəşrinin redaksiya heyətinə daxildir. Bu jurnalın baş redaktorunun müavini və elmi qrupunun rəhbəridir. "Journal of Neurochemistry”, "European Journal of Biochemistry”, "Journal of Neuroscience”, "Free Radicals in Biology and Medicine”, "Neurobiology of Aging”, "Journal of Psychiatry”, "Molecules”, "Journal of Visualized Experiments” və "Neuroscience” kimi elmi nəşrlərdə rəyçi kimi fəaliyyət göstərir.
Almaniya Mitoxondrial Xəstəliklər Birliyinin (mitoNET) mütəxəssilər qrupunun və Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin (GBM) üzvüdür.
Pərvanə Hacıyeva Almaniyada elm sahəsində işləyən həmvətənlərimiz arasında professor elmi adına layiq görülmüş ilk azərbaycanlıdır. İngilis, alman, italyan və rus dillərini mükəmməl bilir.
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva kimdir?
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva kimdir?
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva kimdir?

Son xəbərlər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31