Azərbaycan və Qətər yığmalarının start heyətləri açıqlanıbFutbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda gücünü sınayacaq. Millimiz Bakı Olimpiya Stadionunda Qətər yığması ilə qarşılaşacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, saat 21:00-da başlayacaq oyun üçün komandaların start heyətləri açıqlanıb.

Millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxacaqlar.

Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq.

Komandalar indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəliblər. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. Dörd il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.

Bu, Azərbaycan millisinin ümumilikdə 130-cu yoldaşlıq oyunu olacaq. Əvvəlki 129 matçda komanda 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub. Bu qarşılaşmalarda 119 qol vuran yığma qapısında 163 top görüb.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Son xəbərlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Yaponiyada güclü zəlzələ oldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Məmməd Qədir : Bezimdən keçib gəldim - FOTO

AXIRINCI KİMDİR? (Hekayə)

Çiyələk infarkt riskini azaldır

Etdiyi yaxşılıqlara görə Vaqif Qurbanova təşəkkürümüzü bildiririk - FOTO

Ölən dostlarının adını belə yaşadır - Foto

İlyas Yalçıntaş həbs edildi

Nurani komaya düşdü - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib

Bu yerlərdə işıq olmayacaq - Xəbərdarlıq

I kurs tələbəsi vəfat etdi

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

BİR BALACA ŞAİRİN TƏQDİMATI.

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031