“Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilibAzərbaycan Respublikası Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Mübarizlər” Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib.

Sabunçu Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qaziləri və Sabunçu Gənclər Evinin üzvləri iştirak ediblər.


Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Rəna Fərəcova, Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin direktoru Samir Mehralıyev, şəhid İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi Rəsul Məmmədov, “Mübarizlər” Vətənpərvərliyə Dəstək İctimai Birliyinin nümayəndəsi və qazi Toğrul Ənsərli çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıblar. Qeyd edilib ki, layihənin məqsədi hərbi-vətənpərvərlik istiqamətində tədbirlərin daha da genişləndirilməsi, gənclərin hərbi savadlılığının artırılması, onların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, həmçinin hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsidir.

Layihə çərçivəsində 44 gün ərzində iştirakçılara hərb haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis istehkam, əlbəyaxa döyüş, silahdan müdafiə, ideoloji və psixoloji hazırlıqla bağlı təlim və kurslar keçiriləcək. Təlim və kurslar Sabunçu Gənclər Evində, “N” saylı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri təşkil ediləcək.
“Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib
“Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib
“Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib
“Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib
“Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib

Son xəbərlər

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

72 yaşlı Ali Ağaoğlu altıncı dəfə ata olur

Türkiyəli aktyor saxlanıldı - FOTOLAR

Beren ilk albomunu təqdim etdi - Fotolar

Nikol Kidman iş adamıyla münasibətdədir?

İşə qəbul olmaq istəyirsinizsə, müsahibədə bu sözləri deməyin

Hər gün qarabaşaq yesəniz, orqanizminizdə bu 5 mühüm dəyişiklik baş verəcək

Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan universitetləri beynəlxalq siyahıya düşdü

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930