Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıbNoyabrın 4-də VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni erada sülh, təhlükəsizlik və insan haqları” mövzusunda üçüncü panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti xanım Kerri Kennedinin onlayn formatda moderatorluğu ilə keçən panel iclasında insan hüquqları, postkonflikt mərhələdə mülki şəxslərin problemlərinin həlli, onların hüquqlarının təmin edilməsindəki problemlər müzakirə edilib.


Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç qaçqınların sığınacaq aldığı ölkələrdə cəmiyyətlərə tam inteqrasiyasının önəmini qeyd edib. Bildirib ki, bu insanların işləməsi üçün şərait yaradılmalı, cəmiyyət üçün faydalı vətəndaşa çevrilməsi təmin edilməlidir. Onlar yaşadıqları ölkənin vətəndaşlarından fərqli olduqlarını hiss etməməlidirlər. O deyib: “İrq, din, milliyyət baxımından nə qədər fərqli olsaq da, hamımız insanıq. Bu insanlar həssas qrupdandırlar və onların inteqrasiyası üçün yalnız sosial-iqtisadi qərarlar kifayət deyil”.

Hər hansı ölkənin daxili işinə müdaxilənin yolverilməz olduğunu söyləyən Kolinda Qrabar-Kitaroviç ümumbəşəri dəyərlərə hörmətlə yanaşmağın vacibliyini qeyd edib.

Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç deyib ki, münaqişələrin həlli üçün tərəflər dərin köklü kompromisə hazır olmalıdır. Birgə çıxış yollarını araşdırmalı və müzakirələr aparmalıdır. O, öz ölkəsinin təcrübəsindən danışaraq qeyd edib ki, Bosniya və Herseqovina bu məsələdə nümunə göstərilə bilər.

İsrailin sabiq xarici işlər naziri Tzipi Livni ölkələr arasında nifrətin, fikir ayrılıqlarının əməkdaşlığı çətinləşdirdiyini deyib. Qeyd edib ki, biz ilk növbədə, təhlükəsizlik, daha sonra insan hüquqları barədə düşməliyik. Müharibə şəraitində insan hüquqları haqqında söhbət edərkən təhlükəsizlik, stabillik nə qədər əldə edilir, bunu düşünməliyik. Sülh və sabitliyin bir-birinə zidd olmadığını söyləyən Tzipi Livni deyib ki, təhlükəsizlik yalnız hərb yolu ilə həll edilmir. Bu, diplomatik üsulla həll edilməlidir ki, sülh davamlı olsun.

Dünya Bankının keçmiş vitse-prezidenti Mats Karlson ölkələrin miqrantları qəbul etməsi üçün daxili sabitliyin, sağlamlığın vacibliyini vurğulayıb. Biz, ilk növbədə, öz cəmiyyətimizi böyütməli, inkişaf etdirməliyik. Bunun üçün ölkədə azad jurnalistika, media çox mühüm əhəmiyyətə malikdir. Öz cəmiyyətimizi inkişaf etdirməyə açıq deyiliksə, miqrantlara da xoş münasibət sərgiləyə bilmərik.

Dünyanın üzləşdiyi sosial-iqtisadi problemlərə də toxunan Mats Karlson zəif və inkişaf etməkdə olan dövlətlərə kömək edilməsinin vacibliyini qeyd edib.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi, Sülh dinlərinin həmsədri, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin şəxsi nümayəndəsi Məhəmməd Mahmud Əbdül Salam vurğulayıb ki, insan hüquqlarının bərabər olmadığı cəmiyyətdə dayanıqlı sülhündən söhbət gedə bilməz. O bildirilib ki, ədalət və sülh anlayışları bir-birindən asılıdır. Yeni öhdəliklərin götürülməsi məsələsinə toxunan Məhəmməd Mahmud Əbdül Salam qeyd edib ki, hazırkı dövrdə dünya COVID-19 pandemiyasından əziyyət çəkir. Biz stabil, ədalətli sülh barədə danışırıqsa Afrikada əhalinin yalnız 4 faizi vaksinasiya prosesindən keçib. Siyasətçilər bu haqda düşünməlidirlər.

Məhəmməd Mahmud Əbdül Salam onu da deyib ki, BMT-nin baş katibi və üzvləri sosial konsepsiya üzərində çalışırlar. O, sülh gündəminin yaradılması üzərində işlənildiyini, bunun aztəminatlı əhalini, azsaylı xalqları əhatə edəcəyini deyib. Həmçinin bugünkü gənclərdə parlaq gələcək barədə dəyərlərin aşılanmasının əhəmiyyətindən danışıb.

UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis videomüraciətlə çıxışı zamanı Qlobal Bakı Forumunda iştirakdan qürurlandığını söyləyib. Bildirib ki, bu Forum dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır. Hər bir insanın cinsindən və irqindən asılı olmayaraq, hörmətə layiq olduğunu deyən Marianna Vardinoyannis qeyd edib ki, sabitliyə, ədalətə çıxış təhsilə investisiyadan başlayır. Hər bir şəxsin təhsilə əlçatanlığı olmalıdır. O, pandemiyaya qarşı mübarizdə birgə səylərin vacibliyini vurğulayıb, vaksinasiyanın gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

BMT-nin Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Bakı Qlobal Forumunda iştirak etməsinə görə məmnunluğunu ifadə edib. O deyib ki, pandemiya insanları adi həyat tərzindən məhrum edir, onların arasındakı bərabərsizliyi dərinləşdirir. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq insan hüquqlarını müdafiəsi çox vacib məsələdir. Bu davamlı prosesdir, dünya bir-birinə hörmətlə yanaşmalıdır.

Migel Anxel Moratinos belə bir Forumun təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib.

Panel iclası müzakirələrlə davam edib.
Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.

Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb
Qlobal Bakı Forumu: Üçüncü paneldə yeni erada sülh, təhlükəsizlik və insan haqlarına dair müzakirələr aparılıb

Son xəbərlər

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31