İranlı generalın Azərbaycanı raketlərlə hədələməsinə türk ekspertdən cavab: “Bədəlini ödəyərsiniz”

Son günlər İran rəsmilərinin, hətta ordu mənsublarınının Azərbaycan əleyhinə işlətdiyi ifadələr mövcud gərginliyi daha da artır.

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin "münaqişə kəskinləşəcəyi təqdirdə Azərbaycana 4000 raket ataraq, Bakını məhv edəcəyik” sözlərinin ardınca bu gün də İran ordusuna yaxınlığı ilə bilinən hərbi jurnalist Hüseyin Daliryanın "Tvitter” hesabında Azərbaycanla İranın hərbi gücünü müqayisə edərək İranın Azərbaycandakı kritik hədəflərə min raket buraxaraq mübarizəni bir gündə həll edə biləcəyini iddia edib.

Maraqlıdır, rəsmi Tehran gərginliyi artırmaqla nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar deyib ki, bu gün İran ordusunda çox böyük nizam-intizamsızlıq var.
"Müharibəyə bir şəxs qərar verə bilməz. Buna bir dövlətin siyasi iradəsi qərar verə bilər. Bu və bu kimi ifadələr ciddi bir orduya yaraşmır. İran dövləti bu açıqlamaları edənlərlə bağlı ciddi ölçü götürməlidir.

Digər tərəfdən İranın həqiqətən də Azərbaycana qarşı belə bir niyyəti varsa, bu bir düşmənçilik və müharibə deməkdir. Bu gün İranda müharibə ritorikası ilə danışanlar, müharibə istəyənlər ümid edirəm, bunun rəsmi Tehran üçün hansı fəlakətlərə səbəb olacağını da hesablayıblar. İranın dərdi Azərbacayna zərər verməkdirsə buna nail ola bilərlər. Lakin heç kəs unutmamalıdır ki, buna Ermənistan da cəhd etdi, amma nəticəsinə də qatlandı. İran da Ermənistan kimi davranarsa, bədəlini ödəyər”.

A. Ağarın sözlərinə görə, Azərbaycana raket atmaq uşaq oyuncağı deyil: "Bunu ifadə etmək belə özlüyündə həm müharibə səbəbi, həm də beynəlxalq hüququn pozulması deməkdir. Bu məsələlər elə də asan deyil. İran bu və bu kimi ifadələrdən qaçmalıdır, əks təqdirdə beynəlxalq ictimaiyyətin qəzəbinə tuş gələ bilər”.

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31