Prezident səfərlərdə xanımının çəkdiyi videolardan danışdı

“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində jurnalistin azad edilən bölgələrə səfər zamanı görüntülərin birinci xanım Mehriban Əliyeva tərəfindən çəkilməsi ilə bağlı verdiyi suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxıblar: “Çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı.
Prezident səfərlərdə xanımının çəkdiyi videolardan danışdı

Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi.

Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım”.

Son xəbərlər

Türkiyə İranla yeni sərhəd-keçid məntəqəsi açır

Pentaqon ABŞ və Ukrayna üçün 200 milyona yaxın pul ayırdı

“Pərvin Xəlilova əməllərini pərdələyir” - Uşaq həkim səhvindən problemli doğulub?

Tramp bu ölkənin təhlükəsizliyinə qarant oldu

Türkiyədə qalmaqallı menecer sərbəst buraxıldı

"QOŞMA"NIN PAYIZ GÖRÜŞÜ.. - FOTOLAR

ÜRƏYİM - FOTO

Şəhriyar Məmmədyarov irəlilədi

Toy günündən yeni fotolarını paylaşdı - FOTOLAR

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

ƏLİ VAHİD ÇAYLI : "ŞUR ŞAHNAZ"-IN PƏRDƏSİNDƏ, "ŞİRVANIN ŞİKƏSTƏSİ"-NDƏ - FOTO

Donald Tramp: Mən daha da ehtiyatlı olmuşam

Durovu zəhərləyərək öldürmək istəyiblər

"Qalatasaray" "Liverpul"a qalib gəldi

Türkiyəli jurnalist Qəzzada həlak oldu

Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə ABŞ Senatında təqdim edilib

AA-nın əməkdaşı Nyu-Yorkda hücuma məruz qaldı - Xəstəxanalıq oldu

Teylor “Spotify”da yeni rekorda imza atdı

Roma Papası: Dinlər silah deyil, bölünmüş dünyada körpü olmalıdır

"Sahtekarlar" bu tarixdə başlayır

Hər şəhid xatirəsi bir işıqdır, şəhidlərimizin xatirəsi yaddaşlarda əbədiləşib və qürurla anılır - FOTOLAR

Alvares İspaniya nəhənginin hədəfində

Maya Sandu: Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək üçün parlament seçkilərinə müdaxiləyə cəhd edib

Şahzadə orduya qatıldı

Bu ölkədə ana dilini bilməyənlər cərimələnəcək

“Bakıya bu məqsədlə gəlmişəm”

Azərbaycanın badminton millisi III MDB Oyunlarında ilk görüşlərini keçirib - FOTOLAR

“Real” “Kayrat”a aman vermədi

Bütün xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031