
Xəbərlər
18.09.2021, 11:09
Türkiyə İraqda şəhid verdi
Türkiyə ordusunun əsgəri İraqda şəhid olub.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Məlumata əsasən, çavuş Ümit Solak sentyabrın 17-si İraqın şimalında Avaşin bölgəsində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində ağır yaralanıb.
Bildirilir ki, Ümit Solak xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













