15 sentyabr tarixi Azərbaycan-Türkiyə möhtəşəm qardaşlığının tarixi sübutudurAzərbaycan-Türkiyə qardaşlığı tarixin çətin sınaqlarına həmişə ləyaqətlə sinə gərib, hər iki xalqın zəngin tarixində şərəf salnaməsi yaradıb. Babalarımızın bizə miras qoyduğu qardaşlıq ənənələrinin sözdə deyil, əməldə təzahürü bizi ruhlandırır. Bu qardaşlığın sözdə ən parlaq ifadəsi XX əsrin böyük siyasi xadimi, ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilib: “Bir millət, iki dövlət!”. Tarixin müxtəlif dönəmlərinə nəzər saldıqda bu tezisin isbatının şahidi oluruq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, 1918-ci il sentyabrın 15-də şanlı tariximizə Bakının bolşeviklərdən və daşnak silahlı birləşmələrindən azad edildiyi gün kimi daxil olub. Qafqaz İslam Ordusunun həmin taleyüklü bir dönəmdə Azərbaycanın yanında olması qədim Şərqin ilk demokratik respublikasının tarixində əlamətdar hadisə idi. Qitələrin kəsişməsində yerləşən “Odlar yurdu” daim coğrafi mövqeyi, zəngin sərvətləri ilə dünya xəritəsinin ən uğurlu nöqtəsi, arzulanan torpaqları olub. 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan edərkən çox təəssüf ki, Bakı, Gəncə yadellilərin işğalı altında idi. Milli hökumətin ixtiyarındakı azsaylı hərbi qüvvə ilə isə şəhərləri işğalçılardan azad etmək mümkün deyildi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi.

S.Mikayılova qeyd edib ki, bugünkü tariximizdə də biz qardaş Türkiyənin Azərbaycanın işğal altında olan torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün haqq savaşında siyasi müstəvidə yanında olduğunu gördük. Türkiyə hər zaman söykəniləcək dayaq olub. O dövrdə də kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandanın müavini Ənvər paşa öz qardaşı Nuru paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi. Gəncənin azad edilməsindən sonra burada yerləşən milli hökumətin əsas amalı, vəzifəsi Bakının işğalçılardan azad edilməsi idi. 1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçdi. 1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan olmadı, türk əsgərləri böyük şücaət göstərdilər. Bunlar hamıya məlum danılmaz tarixi faktlardır.

Bəzi məlumatlara görə, həmin döyüşlərdə mindən çox türk əsgəri və zabiti həlak olub. Bu gün həmin türk şəhidlərin əziz, unudulmaz xatirəsini Bakıdakı “Türk şəhidliyi” abidəsi əbədiləşdirir.

Qardaş Türkiyə hər zaman Azərbaycanın zəfərlərində yaxından iştirak edib, onun yanında olub. Dahi Mustafa Kamal Atatürkün dediyi kimi, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə iki ölkənin yaratdığı qardaşlıq nümunəsi beynəlxalq aləmdə analoqu olmayan tandem kimi qəbul edilir. Biz tariximizlə qürur duyuruq, dərin milli köklərə, ənənələrə söykənən Azərbaycan-Türkiyə qardaşlığının əbədı olacağı şübhəsizdir”, - deyə deputat əlavə edib.

Son xəbərlər

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31