
Xəbərlər
28.08.2021, 00:55
Türk Silahlı Qüvvələrinin hərbiçilərinin Əfqanıstandan təxliyəsi başa çatıb
Türk Silahlı Qüvvələrinin hərbiçilərinin Əfqanıstandan təxliyəsi uğurla başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin sosial media hesabında yerləşdirilən açıqlamada deyilir: “20 ildir Əfqanıstanda vəzifəsini uğurla yerinə yetirən qəhrəman Türk Silahlı Qüvvələrinin şəxsi heyətinin təxliyəsi başa çatdı. Vətənə dönən hərbiçilərimizə ölkənizə xoş gəldiniz deyirik”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













