Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıbAvropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası turnirə hazırlığı başa vurub. İki ay davam edən hazırlıq mərhələsində, qızlarımız Mingəçevirdə, Bakıda, ardınca Yunanıstanda, Macarıstanda, Bosniya və Herseqovinada təlim-məşq toplanışları və yoxlama oyunları keçiriblər.

Turaztv.az AZƏRTAC-a istinadən Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi komanda Bosniya və Herseqovinada məşqlərdə tam heyətlə iştirak edib. Bir müddət əvvəl əməliyyat keçirən voleybolçu Olena Xarçenko da Bosniya və Herseqovinada komanda ilə birgə məşqlərə qatılıb. Bəzi təcrübəli voleybolçularımız isə bu Avropa çempionatında komandamıza kömək edə bilməyəcəklər. Buna səbəb həmin oyunçuların zədələrinin bərpa mərhələsinin başa çatmaması olub.

Pandemiya səbəbindən məşqsiz qalan voleybolçularımız uzun fasilədən sonra iki ay təlim-məşq toplanışlarında və yoxlama oyunlarında öz əvvəlki formalarını bərpa etməyə çalışıblar. Onlar ciddi həkim nəzarəti ilə məşq ediblər. Çünki bəzi voleybolçularımız hazırlıq prosesində bel və diz zədələri ilə üzləşiblər. Buna baxmayaraq qızlarımız həkimin müalicə protokolunu və fiziki məşqçinin verdiyi proqramları yerinə yetirərək tezliklə meydançaya qayıtmaq üçün əllərindən gələni ediblər.

Gənc oyunçuların da cəlb olduğu komandada 4 voleybolçumuz ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. Yığmamız ardıcıl 9-cu dəfədir ki, Avropa çempionatında iştirak edəcək.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Bu yarışda milli komandamıza Vüqar Əliyev rəhbərlik edəcək. V.Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek kömək edəcəklər. Yığmamız Bosniya və Herseqovinadan bir başa çempionatın keçiriləcəyi Serbiyanın paytaxtı Belqrada yollanıb.

Qeyd edək ki, A qrupunda yarışacaq komandamızın ilk matçı avqustun 20-də Belçika millisinə qarşı olacaq. Ertəsi gün yığmamız Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.

Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31