YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilibAvqustun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da xüsusi vurğulanmalıdır. Onun sözlərinə görə, qurultayın keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə və regionda yaranmış yeni reallıqlar fonunda YAP-ın qarşısında duran vəzifələrin və yeni dövr üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsindən ibarət olub.

YAP Sədrinin müavini qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı ötən illər ərzində dövlətimiz ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sistemli iş aparıb: “Məlumdur ki, bu dövrdə Ermənistan və onun havadarları, erməni diasporu, lobbisi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün kampaniyalar aparıblar. Bu informasiya müharibəsində ölkəmiz tərəfindən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində böyük işlər görülüb. İqtisadiyyatımızın bir neçə dəfə artması, xüsusilə güclü ordunun yaradılması, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunması, tolerantlıq məkanı kimi özünü təsdiqləməsi bizi Qələbəyə doğru aparan mühüm amillərdir. Eləcə də, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında sənədlər qəbul olundu ki, bu sənədlər öz gücümüzə torpaqlarımızı işğaldan azad etmək üçün hüquqi baza rolunu oynadı”.

Tahir Budaqov deyib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir. Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti təcəssümüdür.

Qarşımızda böyük vəzifələrin dayandığını deyən YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, bu vəzifələrin yerinə yetirilməsi üçün daha da güclü olmalıyıq. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üçün də yeni prioritetlər mövcuddur. Partiyanın hazırlanan yeni proqramında da bu prioritetlər geniş şəkildə öz əksini tapacaq. Prioritetlər sırasında Azərbaycana dost olan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Buna nümunə kimi YAP və AK Parti arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolunu və hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini vurğulamaq yerinə düşər.

Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş 6 siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inamını ifadə edib.

Tədbir iştirakçılarından Azərbaycan Yurddaş Partiyasının sabiq sədri Gülayə Səfərova, Azərbaycan Kəndli Partiyasının sabiq sədri Məmməd Məmmədov və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sabiq sədri Qasım Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvləri kimi üzərlərinə düşən vəzifələri layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Sonra tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib

Son xəbərlər

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31