“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilibVətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində avqustun 3-də növbəti tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Dreamland Golf Club”ın ərazisində keçirilən tədbirdə şəhid qəhrəmanlarımızın övladları və həyat yoldaşları bu dəfə yoqa idmanı üzrə mütəxəssislərlə məşqlər keçiblər. Məqsəd onlarda idmana maraq oyatmaq, eləcə də qəhrəman övladlarının səmərəli istirahətini təşkil etmək, uşaqlara tək olmadıqlarını, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirməkdir.

Həmçinin uşaqların əyləncəli günündə iştirak edən müxtəlif nağıl personajları da onlarda unudulmaz təəssürat oyadıb.

Türkiyənin dövlət bayrağı ilə şəkillər çəkdirən şəhid övladları “Bu birliklə əzəmətsən, sən sevgisən, məhəbbətsən, Azərbaycan-Türkiyə!” şüarını səsləndirərək çətin gündə qardaş ölkəyə dəstək ifadə ediblər.

Gecənin xüsusi qonağı olan Röya Ayxan uşaqların əyləncəsini daha rəngarəng və maraqlı edib.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmisi Aydın Eyyubov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək deyiblər ki, “Fire Land Production”ın təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi müzəffər Azərbaycan Ordusunun nüfuzunu cəmiyyətdə daha da yüksəltmək, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək və gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir.

Yekunda şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını veriblər.

Sonra qəhrəman şəhidlərimizin ailə fotolarından ibarət videoçarx nümayiş olunub.

Tədbirdə şəhid ailələrinin övladlarına “Xarıbülbül” döş nişanları təqdim edilib.

Qeyd edək ki, “Fire Land Production”ın təşkilatçılığı ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin təşkilatı işlərində şəhid ailələrinin üzvləri də yaxından kömək göstərirlər.
“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Son xəbərlər

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031