
Xəbərlər
16.07.2021, 00:13
Gürcüstanda müəyyən məhdudiyyətlər yenidən tətbiq oluna bilər
Gürcüstanda pandemiya ilə əlaqədar yaranmış epidemioloji vəziyyətlə əlaqədar müəyyən məhdudiyyətlər yenidən tətbiq oluna bilər.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib. Nazir hansı məhdudiyyətlərin nəzərdən keçirildiyini dəqiqləşdirməyib. Bildirilib ki, məhdudiyyətlər əyləncəli tədbirlərlə bağlı ola bilər. “Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır və fəal müdaxilə olmadan temp azalmayacaq”, - deyə, nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









