Azərbaycanda bələdiyyə sədri avtoşluq etdi
Şabranın Uzunboyad bələdiyyəsinin sədri Rafiq Tofiq oğlu Muradov avtoşluğa görə cərimələnib.

Mediabiz.az “Musavat.com”a istinadən xəbər verir ki, olay ötən ay baş verib.

Rafiq Muradov rayon ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozub. Dövlət Yol Polisi İdarəsinin Şabran rayon şöbəsinin əməkdaşlarının saxla əmrinə tabe olmayıb.

Avtoş bələdiyyə sədrinin saxlanılması üçün tədbir görülüb, rayon ərazisində Rafiq Muradovun idarə etdiyi avtomobil saxlanılıb. Bələdiyyə sədri canını cərimə ödəməklə qurtara bilib.

Rafiq Muradovun adı mətbuatda 2018-ci ildə də hallanmışdı. Həmin ilin noyabrında bələdiyyə sədrinin oğlu, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi VAZ-2107 markalı, 90 XF 512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.

S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Həmin vaxt bələdiyyə sədrinin oğlunun idarə etdiyi avtomobillə 2 nəfərin vurulması xəbəri vardı. Lakin o dövrdə Rafiq Muradovun qrup yoldaşı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin müdaxiləsi ilə qəzanın miqyası kiçildilib, bələdiyyə sədrinin oğlu cəzadan kənar saxlanılıb.

Bundan başqa, Rafiq Muradovun Uzunboyad kəndində əhalinin narazılığına səbəb olan bir neçə addım atdığı haqda da xəbərlər var.

44 günlük Vətən müharibəsində şəhid olan Uzunboyad sakinlərinə həmkəndliləri xatirə parkı tikmək qərarı veriblər. Park üçün kəndin mərkəzində boş torpaq sahəsi seçilib.

Bələdiyyə sədri Rafiq Muradov buna qarşı çıxıb, kəndin kənarında bir yer göstərməklə parkın tikintisinin orada aparılmasına çalışıb.

Sakinlərin etirazlarından sonra isə bələdiyyə sədri ortaya bir sənəd çıxarıb ki, bəs bu torpaq sahəsi mənimdir. Sakinlərin ciddi təpkisindən sonra məsələyə rayon rəhbərliyi qarışıb, sonda bələdiyyə sədri geri çəkilməli olub.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31