Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr dövlətimizin və xalqımızın mədəni irsinə aiddirATƏT PA-nın yaz sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib.

Turaztv,az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əminə Ağazadə iclasda Ermənistan nümayəndə heyəti üzvlərinin çıxışlarına cavab verib. Əminə Ağazadə erməni tərəfinin iradlarına cavab olaraq bildirib ki, “dövlətlər öz ərazilərini “işğal” etmir, əksinə, öz torpaqlarını azad edir. Bu, faktdır ki, Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etmişdir”.

Deputat qeyd edib ki, Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir: “Ermənistan həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistan ərazisində Azərbaycanın mədəni irsini məhv etmək, dağıtmaq və mənimsəmək üçün sistematik siyasət yürüdüb. Ermənistan tarixi abidələri dağıtmaqla, onların memarlıq xüsusiyyətlərini dəyişdirməklə və “arxeoloji” qazıntılar aparmaqla öz qarşısına Azərbaycan mənşəyindən xəbər verən hər hansı bir işarənin tamamilə silinməsini hədəfləyən məqsədlər qoyub. Məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar, arxeoloji sahələr, həmçinin muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri ya tamamilə məhv edilib, ya da talan olunub. Məscidlər dağıdılıb və xarabalığa çevrilib. 67 məsciddən 64-ü darmadağın edilib və ya ciddi ziyan görüb. Xarakterik xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə bir çox orijinal Azərbaycan mədəni obyekti amansız müdaxilələrə məruz qalıb. Bu hərəkətlər 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qorunması” üzrə Haaqa Konvensiyası və onun iki Protokolu, “Qeyri-qanuni qadağan edilmə və mədəni sərvətlərə sahiblik hüquqlarının idxalı, ixracı və ötürülməsinin qarşısının alınması” Konvensiyası kimi UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir”.

Əminə Ağazadə bildirib ki, Ermənistan UNESCO-nun və digər ixtisaslaşmış beynəlxalq qurumların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə və oradakı mədəni irsin vəziyyətini qiymətləndirməsinə davamlı olaraq mane olub, ölkəmizin bu məqsədlə UNESCO-ya və digər təşkilatlara etdiyi çoxsaylı müraciətləri icra olunmamış qalıb. “Bu da öz növbəsində Ermənistanın “cəzasızlıq” hissinin formalaşmasında rol oynayıb. Reallıqda Ermənistanın sistematik vandalizm aktları qarşısında Azərbaycan öz mədəni irsini qorumaq imkanlarından məhrum olmuşdur. Azərbaycan dövləti ən yüksək səviyyədə azad olunan ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada bərpa ediləcəyini, orada yenidənqurma işlərinin aparılacağını qətiyyətlə bildirir. Bizim həm ölkə daxilində, həm də xaricdə multikulturalizmin təbliğində təcrübəmiz bu baxımdan əhəmiyyətli zəmanət verir. Azərbaycan Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına müntəzəm səfərləri asanlaşdırmaqla artıq erməni mənşəli vətəndaşlarına qarşı da öz humanist niyyətlərini nümayiş etdirir”, - deyə o əlavə edib.

Deputat onu da diqqətə çatdırıb ki, Roma Papası Fransisk tərəfindən dünya üçün bir nümunə olaraq qiymətləndirilən Azərbaycan beynəlxalq ictimaiyyətə özünü fərqli mədəniyyətlərin, etnik və dinlərin dinc və birlikdə yaşadığı bir ölkə olaraq tanıdıb: “Azərbaycan özünü bu ideyaların əsl təbliğatçısı kimi sözlərlə deyil, “Bakı Рrоsеsi" və digər təşəbbüsləri ilə sübut edib. Azərbaycan bu nailiyyətləri davam etdirməyə davam edəcək və mədəni hüquqlar da daxil olmaqla, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq hər bir vətəndaşı üçün bütün hüquqları təmin edəcək. Azərbaycan BMT-nin humanitar yardım üzrə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülhə və sabitliyə töhfə verməyə hazır olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər BMT qurumları ilə yanaşı, ayrı-ayrı dövlətlər də daxil olmaqla, müvafiq beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Bu cür yanaşma beynəlxalq hüquqa, BMT-nin humanitar yardım, münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki fəaliyyətini tənzimləyən müvafiq qətnamə və sənədlərinə əsaslanır və münaqişənin vurduğu yaraların aradan qaldırmasına yönəlmiş qarşılıqlı etimad tədbiri kimi mühüm rol oynayacaq”.

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31