Tarixi qələbənin əldə edilməsi Xalq-Prezident-Ordu vəhdətinin nəticəsidirVətən müharibəsində ordumuzun parlaq qələbəsi ilə Azərbaycanın tarixi ədalətinin– ərazi bütövlüyünün bərpa olunması ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi illər ərzində həyata keçirdiyi tədbirlərin, reallaşdırdığı layihələrin məntiqi nəticəsi idi. Prezident İlham Əliyev bununla bağlı Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışında ətraflı bəhs etdi. Ölkə başçısı qələbənin təmin olunması üçün ötən müddətdə beynəlxalq müstəvidə böyük hazırlıq işləri görüldüyünü, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını, ordu quruculuğu sahəsində önəmli islahatlar aparıldığını, Azərbaycanın səyi ilə aparıcı beynəlxalq təşkilatların – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta ölkəmizə qarşı daim ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası tərəfindən maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul edildiyini, ən başlıcası isə xalq-iqtidar birliyinin və qarşılıqlı inamın yaradıldığını vurğuladı.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O dövlətimizin başçısının bütün yuxarıda qeyd edilənlərlə bərabər, ölkəmizin iqtisadi potensialının da qələbəni təmin etməkdə əsas amillərdən biri olduğunu diqqətə çatdırdığını bildirib: “Hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək başlıca vəzifələrimizdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir”.

Milli Məclisin deputatı fikirlərini davam etdirərək, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində qələbəmizin şərtləndirən amillər sırasında bir məqama xüsusi toxunub. Bu da düşmənin ordumuzun qüdrəti qarşısında tab gətirməyərək, silah-sursatını atıb qaçması ilə bağlıdır: “Döyüşlərdə belə bir halın özünü qabarıq büruzə verməsi Azərbaycan Silahlı Qüvvələrinin inkişafının, modernləşdirilməsinin istər Ulu Öndərimizin, istərsə də Prezident İlham Əliyevin prioritet məsələlər kimi daim diqqət mərkəzində olmasının məntiqi nəticəsi idi. Yeri gəlmişkən, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə, dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, 1993-cü ildən etibarən ölkəmizdə Azərbaycan Ordusunun inkişaf etdirilməsinə dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri kimi yanaşıldı. Xüsusilə, 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması diqqət mərkəzində saxlanıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Elə bunun nəticəsi idi ki, ordumuz 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrimizi, strateji yüksəklikləri düşməndən azad etdi”.

Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən 18 ildir ki, uğurla davam etdirilir. Dövlətimizin başçısının 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı dediyi: “Azərbaycanda güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır” sözləri Vətən müharibəsində əldə edilən parlaq qələbə ilə Prezident İlham Əliyevin vədinə sadiqliyinin, qarşıya qoyduğu vəzifənin uğurla həyata keçirildiyinin bariz ifadəsidir.

Bəli, bu müddətdə ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Azərbaycanın iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının artması nəticəsində ordumuzun döyüş qabiliyyəti yüksəlib, bu məqsədlə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Şübhəsiz ki, bütün bu amillər İkinci Qarabağ müharibəsində şanlı qələbəmizi şərtləndirib.

Bütün bunları nəzərə alaraq, bu gün tam əminliklə deyə bilərik ki, hadisələri, prosesləri dəqiq qiymətləndirmək, taleyüklü məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etmək istedadına malik Prezident İlham Əliyev 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü reallaşdıran lider kimi də adını tarixə əbədi yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.

Rəşad Mahmudov fikirlərini belə yekunlaşdırıb: “İkinci Qarabağ savaşında tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, Xalq-Prezident-Ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə hər gün Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibələrində, hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini dəqiqliklə vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident birliyinin təmin olunduğu bir respublika kimi tanıtdı”.

Son xəbərlər

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31