Səhiyyə sistemində korrupsiya hallarının qarşısının alınması üçün TƏKLİFLƏR

Səhiyyə sahəsində şəffaflığa yol açan mərkəzləşdirilmiş sistem yaratmaq lazımdır.

Bu barədə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə üçün ayrılmış – “Yeni klinika”, Fövqəladə Hallar Nazirliyinin modul tipli və digər xəstəxanalarda baş verən hadisələrlə bağlı Azərbaycan Həkimləri İctimai Birliyinin (AHİB) yaydığı məlumatda qeyd edilib.

AHİB ifşa olunan korrupsiya hallarını, hüquqi təsdiqini taparsa, qətiyyətlə pisləyir və onu dövlətin pandemiya ilə mübarizə siyasətinə zərbə və çarəsiz xəstələrin durumundan sui-istifadə kimi dəyərləndirir:


“Təşkilat olaraq istintaqın obyektiv, ədalətli aparılmasına ümid edir və onun nəticələrinin ictimaiyyətə açıqlanmasını vacib hesab edirik. Xüsusilə vurğulamaq istərdik ki, bu cür neqativ hallar pandemiya ilə mübarizədə fədakarlıq göstərmiş, dəfələrlə xəstələnmiş, şəhid olmuş yüzlərlə həkimlərimizin təqdirəlayiq əməyinə kölgə sala bilməz”.

Təşkilat bu cür neqativ halların qarşısının alınması üçün aşağıdakıları vacib hecab edir:

1. Səhiyyə islahatlarını tezliklə başa çatdırmaq və onun qərb standartlarına yaxınlaşdırmaq;

2. İcbari tibb sığortanın ölkə boyu tətbiqi prosesini sürətləndirmək və bu sahədə əhalinin maarifləndirmə işlərini intensivləşdirmək, ictimai nəzarəti və şəffaflığı təmin etmək;

3. Səhiyyədə şəffaflığa yol açan mərkəzləşdirilmiş sistem yaratmaq;

4. Həkimlərin və tibb işçilərinin, həmçinin tibb kadrları hazırlayan professor-müəllim heyətinin maddi rifahını yaxşılaşdırmaq üçün tədbirlər görmək;

5. Pandemiya ilə mübarizə səngərində şəhid olmuş həkimlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün onlara şəhid statusu verilməsi məsələsinə baxmaq.

Son xəbərlər

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31