Azərbaycanda sərt karantin gəlir, əgər... - Əhaliyə MÜRACİƏT EDİLDİAzərbaycanda sərt karantin gəlir, əgər... - Əhaliyə MÜRACİƏT EDİLDİ

“Hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxma və ölüm halları günü-gündən artır. Bu da insanların qaydalara ciddi yanaşmamaları və vaksinasiya prosesində fəal iştirak etməmələri ilə bağlıdır”.

Turaztv.az Azerforum.com-a istinadən xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova bildirib.

O qeyd edib ki, son zamanlar Türkiyədə yoluxma və ölüm halları sürətlə artır. Həkim xatırladıb ki, qardaş ölkədə gündəlik yoluxma 60 mindən, ölüm halları isə 300-dən çoxdur: “Bu səbəbdən bəzi ərazilərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Əgər Azərbaycanda da yoluxma və ölüm sayında artım müşahidə olunsa, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər. Ona görə də vətəndaşlara müraciət edirəm ki, hər kəs vaksinasiya olunsun, qoyulan qaydalara ciddi yanaşılsın, qoruyucu maskalardan mütəmadi istifadə edilsin. Əgər hər hansı xəstəliyin peyvəndi mövcuddursa, bu sevindirici haldır. Hazırda Ramazan ayıdır. Yaxşı olardı ki, insanlar iftar süfrələrini öz evlərində yalnız ailə üzvlərinin iştirakı ilə açsınlar. Qaydalara ciddi riayət edilərsə, yoluxma sayında azalma olar və sərt karantin rejiminə keçidə ehtiyac qalmaz”.

Qeyd edək ki, son günlər Azərbaycanda COVID-19-a yoluxma və ölüm hallarında artım qeydə alınır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistikaya əsasən, indiyədək ölkədə 301 661 nəfər virusa yoluxub. Onlardan 265 539 nəfər sağalıb. Virusdan ümumi ölüm halı isə 4 169 nəfər təşkil edib. Hazırda 31 953 aktiv COVID-19 xəstəsi var.

Yanvarın 18-dən indiyə qədər Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 337 380, birinci mərhələ üzrə peyvənd olunanların sayı 889 232, ikinci Azərbaycanda sərt karantin gəlir, əgər... - Əhaliyə MÜRACİƏT EDİLDİmərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 448 148 nəfər təşkil edir.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31