
Xəbərlər
29.05.2019, 15:08
Bakıda qadın xarici vətəndaşların evini qarət etdi
Bakıda xarici vətəndaşların kirayə qaldıqları evdən oğurluq olub.
Turaztv.az Milli.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefon və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










